Forminqa

Forminqa (qədim yunanca: φόρμιγξ) qədim Yunanıstanda Homer dövründən istifadə edilən və Mesopotamiyada yarandığı güman edilən yarımdairəvi və ya oraq formalı lira ailəsindən olan simli alətdir. Onun ikidən altıya qədər simləri var idi və barmaqların və ya mizrabın köməyi ilə çalınırdı. Eramızdan əvvəl IX əsr və eramızdan əvvəl VI əsrlər arasında KifaraLira onu əvəz edənə qədər varlığı sübut edilmiş bir musiqi aləti olmuşdur.

Forminqa
Hornbostel–Zaks təsnifatı 321.2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ozan hər hansı bir dastanı izah edərkən onu Homerin “İliada” və “Odisseya”sında təsvir edildiyi kimi bir adam Forminqa ilə müşayiət edirdi. Arxeoloji tapıntılara və həm Qədim Yunanıstandakı nəzəri musiqi əsərlərinə, həm də bu barədə izahat verən digər mənbələrə (Hesiod, Aristophanes) görə, forminqa liradan fərqli olaraq cəmi dörd simli idi və buna görə də bu alətdə yalnız dörd səs çalınırdı. Forminqanın daha sonrakı (növbəti dövrlər) variantlarında simlərin sayı yeddiyə qədər ola bilərdi.