Kiffiy mədəniyyəti

Kiffiy mədəniyyəti — E.ə. 8–6 min il əvvəl Saxara səhrasının ərazisində mövcud olan mədəniyyətin adı.

E.ə. 8–6-cı minilliklərdə Afrikada Saxara ərazisi rütubətli iqlimə malik idi. 2000-ci ildə Nigerin Tenera səhrasının Qobero rayonunda aparılan arxeoloji qazıntılar zamanı həmin mədəniyyətə aid insan qalıqları aşkar edilmişdir. Kiffiylər ovçuluq və yığıcılıqla məşğul olurdular. Onların yaşadıqları ərazidə Savanna üçün xarakterik olan iri heyvanların sümüklərinin qalıqlarının tapılması sübut edir ki, onlar vaxtilə bu ərazidə mövcud olmuş gölün sahillərində yaşamışdır. Kiffiylər hündürboylu idilər, boyları 1 m 80 sm-dən çox olmuşdur.

Kiffiy mədəniyyəti e.ə. 6000-ci ildə, Saxara səhrasında uzunmüddətli quraqlıq baş verdiyi dövrdə yoxa çıxmışdır. Kiffiy mədəniyyətinin yoxa çıxmasından təxminən 1500 il sonra, Saxara səhrası yenidən rütubətli olduqda, bu ərazi artıq digər antropoloji tipə aid olan Teneri mədəniyyətini yaradanlar tərəfindən məskunlaşdırılmışdır.

  • Nora Schultz, Stone Age mass graves reveal green Sahara.14 August 2008
  • JOHN NOBLE WILFORD. Graves Found From Sahara’s Green Period. August 14, 2008