Muhu (həmçinin Moon, Muhumaa; est. Muhu) — Estoniyanın sahəsinə görə Saaremaa və Hiyumaa adasından sonra sahəsinə görə üçüncü böyük adası. Adanın ümumi sahəsi 204 km² təşkil edir[1][2]. Muhu Moonzund arxipelaqının tərkibinə daxil olan, Baltik dənizində yerləşən ada.
Muhu adası | |
---|---|
est. Muhu | |
Ümumi məlumatlar | |
Sahəsi | 198 km² |
Hündür nöqtəsi | 24 m |
Əhalisi | 1.697 nəfər (2010-cu il) |
Yerləşməsi | |
58°36′00″ şm. e. 23°15′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yaxınlığında yerləşən digər adalar kimi torpaq örtüyü olduqca kasıbdır. Belə ki, qum və çınqıldan təşkil olunmuşdur. Burada Tozağacı meşəsi və sahil xətdində isə qamışlıq yayılmışdır. Ən hündür nöqtəsi 24 metrdir.
Adanın dəniz dibindən qalxıb səthə çıxması 8000 min il öncəyə aiddir. Hal-hazırda belə proses davam edir[3]. Adaya ilk insanlar 2500 il öncə gəlmişlər[3].
1227-ci ildə orden üzvləri adaya hücum etmişlər. Döyük 7 gün davam etmişdir[3]. Xaçlıların adaya hücumu Livon ordeninin hərəkatı cərcivəsində baş vermişdir. Bunun nəticəsində Estoniya tamamən xristianlaşdırılmışdır[3].
1629—1721-ci illər ərzində ada İsveçlilərin tabeliyində olmuşdur.
1721-ci ildə imzalanmış Niştad sülh müqaviləsinə görə Şimal müharibəsi sona çatır. Ada və digər Rusiya imperiyasının tərkibinə keçir. Ərazi Liflyand quberniyası Ezel qəzası ərazisinə daxil edilir[4]). XIX əsrdə ada əhalisini 70 % provaslavlığı qəbul edir. Bu isə adı digər ərazilərdən seçilməsinə səbəb olur[3].
Birinci Dünya müharibəsi dönəmində adada Rusiya dəniz və quru qoşunları batreyaları yerləşdirilir. Ancaq matros arasında inqilab əhval-ruhiyyəsi və komandanlıqda yaranan boşluqlar səbəbindən almanlar adanı asanlıqla ələ keçirə bilmişlər.
Bundan sonra isə Müvəqqəti hökumət 30 mart 1917 ildə Estlyandiya muxtariyyatı haqqında anlaşma ilə Liflyand quberniyası Estlyandiya quverinasına birləmdirilir. 24 fevral 1918-ci ildə müstəqil Estoniya Respublikası qurulur.
Ada əhalisinin sayı 1697 nəfərdir (2010). Əsas təsərrüfat sahəsi Balıqçılıq[1] və dəniz məhsullarının emalı, əkinçilik və maldarlıqdır.