Kim Petras (27 avqust 1992[1], Bonn, Şimali Reyn-Vestfaliya) — Los-Ancelesdə fəaliyyətə başlayan Alman müğənni, bəstəkar. 2021-ci ildə Amigo və Republic Records ilə müqavilə bağlamazdan əvvəl o, 2016–2020-ci illər arasında sahibi olduğu BunHead Records vasitəsilə müstəqil olaraq mahnılar[2] buraxmışdır.
Kim Petras | |
---|---|
alm. Kim Petras | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Köln, Almaniya |
Musiqiçi məlumatları | |
Fəaliyyəti |
|
Fəaliyyət illəri | 2008–h.h. |
Janr | |
Albom şirkəti |
|
Üzvlüyü | K/DA |
kimpetras.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Petras musiqi yazmağa yeniyetməlik yaşlarından başladı, 2011-ci ildə "One Piece of Tape" adlı debüt mini albomunu buraxdı. Müstəqil olaraq 2017-ci ildə "I Don't Want It at All" adlı beynəlxalq debüt sinqlini buraxdı, həmin mahnı Spotify-da bir neçə viral musiqi hit-paradlarında birinci yerə çıxdı.[3] Mahnı Billboard-da hit olan "Feeling of Falling" (Cheat Codes ilə), "Heart to Break" və "1, 2, 3 Dayz Up" (Sophie ilə birlikdə) kimi sinqllarla davam etdi.
Erkən uğurunun ardınca "Petras Era 1" kimi tanınan qeyri-rəsmi rəqəmsal sinqllar kolleksiyasını buraxdı. Petras 28 iyun 2019-cu ildə "Clarity" adlı debüt albomunu buraxdı.[4] Rekorddan əvvəl doqquz həftəlik tanıtım kampaniyası keçirildi, bu müddət ərzində o, vizual lirik video ilə həftədə bir sinql buraxdı. "Clarity" musiqi tənqidçilərindən bəyənmə qazandı, Heatseekers Chart-da yeddinci, Müstəqil Albomlar cədvəlində isə 26-cı yerə çıxdı. Bunun ardınca Petras, 2019-cu ilin oktyabr ayında ikinci studiya albomu olan "Turn Off the Light"-ı buraxdı. 2020-ci ildə Petras "Malibu" və Kygo ilə ikinci əməkdaşlığı olan "Broken Glass" mahnısı ilə uğur qazandı.
2021-ci ildə Petras Republic Records ilə müqavilə bağladı və 2022-ci ildə 7 trekdən ibarət mini albomu "Slut Pop"-u dərc etdi. O, hazırda üçüncü studiya albomu üzərində işləyir.
Kim Petras Köln şəhərində anadan olub. O, doğulanda kişi təyin edilərkən valideynləri onun qız kimi olduğunu öyrəndilər.[5] 2006-cı ildə, o zaman 13 yaşında olan Petras, cinsiyyət dəyişimini müzakirə etdiyi Alman televiziyasının cari məsələlər şousunda göründü. Petras 14 yaşında sənədli filmdə və tok-şouda,[6][7] Almaniyada minimum 18 yaşından əvvəl 16 yaşında cinsiyyətin erkən dəyişdirilməsi əməliyyatı üçün icazə almaq üçün təkan verdi Bu çıxışlar onun dəyişimini beynəlxalq mediada işıqlandırılması ilə nəticələndi və onu "dünyanın ən gənc transseksualı" kimi təqdim etdi.[8]
2007-ci ilin sentyabrında Almaniyanın saç salonları şəbəkəsində model oldu.[9] Petras Frankfurt Xəstəxanasının psixiatriya bölməsinin rəhbəri Dr Bernd Meyenburq tərəfindən qiymətləndirilmiş və 16 yaşında cinsiyyət əməliyyatı üçün təsdiq edilmişdir;[10] Petras 2008-ci ilin noyabrında əməliyyatın tamamlandığını elan etdi[11]. The Daily Telegraph Petrasın o dövrdə bu əməliyyatı keçirən dünyada ən gənc insan olduğunu iddia etdi. Əməliyyatı haqqında o, "Məndən soruşdular ki, indi özümü qadın kimi hiss edirəm — amma həqiqət odur ki, özümü həmişə qadın kimi hiss etmişəm — sadəcə olaraq yanlış bədənə düşmüşəm" dedi.[12]
BuzzFeed-ə verdiyi müsahibədə, yazdığı ilk mahnının "ikinci sinifdə oxuyan və məni sevməyən oğlan haqqında" olduğunu söylədi.[13]