Kimya Əlizadə (fars. کیمیا علیزاده زنوزی; 10 iyul 1998) — əslən azərbaycanlı İran taekvondoçusu. İranın idman tarixində Olimpiya medalı əldə edən ilk qadın idmançı.[1][2]
Kimya Əlizadə | |||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fars. کیمیا علیزاده زنوزی | |||||||||||||||||||||||||||||
Şəxsi məlumatlar | |||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||
Doğum yeri | Kərəc, İran | ||||||||||||||||||||||||||||
Boyu | 1,8 ± 0,01 m | ||||||||||||||||||||||||||||
Çəkisi | 69 kq | ||||||||||||||||||||||||||||
İdman növü | Taekvondo | ||||||||||||||||||||||||||||
Rəsmi saytı | |||||||||||||||||||||||||||||
Medallar
|
|||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1998-ci ildə İranın Kərəc şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur.[3] Atası Təbriz şəhərinin yaxınlığında yerləşən Zunuz şəhərindən, anası isə Ərdəbil şəhərindəndir.[3]
Kimya 2014-cü ildə Taybeydə keçirilən Gənclər arasında Dünya Çempionatında qızıl medal qazanıb.[4] Eyni ildə Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında da qızıl medal qazanmağı bacarıb. O, ilk döyüşdə seneqallı Elsa Nqassanı 23:0 hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib. Növbəti rəqibinə — belçikalı Amber Pannemansa da şans verməyib — 15:2. Yarımfinalda isə kolumbiyalı Nataliya Qomezi 12:2 hesabı ilə üstələyərək, adını finala yazdırıb. Həlledici görüşdə isə Kimya Rusiya taekvondoçusu Yuliya Turutinanı 10:7 hesabı ilə üstələyərək, çempion olub.[4]
Kimya 2015-ci ildə Çelyabinsk şəhərində keçirilən Dünya Çempionatında və 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.[4]
2017-ci ildə Cənubi Koreyanın Muju şəhərində keçirilmiş Dünya Çempionatında gümüş medal qazanıb.[5] O, final görüşündə Kot-d'İvuar təmsilçisi Rut Qbaqbiyə 19:9 hesabı ilə məğlub olub.
2020-ci ildə İran hakimiyyəti onun uğurlarını şəriətlə əlaqələndirdiyinə görə, mühacir kimi Avropaya köçüb.[6]