Kinabalu

Kinabalu dağı (malay Gunung Kinabalu) — Cənub-şərqi Asiyada Kalimantan adasında yerləşən məşhur dağlardan biri. Dağ Şərqi Malayziyada Sabah ştatı ərazisində yerləşir və Kinabalu parkı kimi Ümumdünya irsinə daxildir. Kinabalu Kalimantanın Kroker silsiləsində ən yüksək zirvədir və Malay arxipelaqında eləcə də, Malayziyada ən hündür dağdır. Kinabalu həmçinin topoqrafik əhəmiyyətinə görə dünyada ən məşhur 20 dağ arasında yer alır.[1]

Kinabalu
malay Gunung Kinabalu
Kinabalu dağı
Kinabalu dağı
Ümumi məlumatlar
Mütləq hündürlüyü 4096 m
İlk fəthi 1851 mart
Hyu Lou (zirvənin yaylası)
1888
Con Uaythed (ən yüksək zirvəni)
Yerləşməsi
6°06′00″ şm. e. 116°33′00″ ş. u.HGYO
Ölkə  Malayziya
Region
Kinabalu xəritədə
Kinabalu
Kinabalu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1997-ci ildə peyk texnologiyasından istifadə etməklə, dağın zirvəsinin (Lou zirvəsi kimi adlandırılır) dəniz səviyyəsindən hndürlüyünün 4096 metr olduğu bildirildi. Bu vaxta qədər isə dağın hündürlüyü 4101 metr olaraq göstərilirdi.[2]

Kinabalu dağı Kinabalu dağlıq alp çəmənlikləri ekoregionunda daxildir. Dağ və onun ətraf əraziləri dünyada ən əhəmiyyətli bioloji yerlər arasındadır. Bu ərazilərdə 5000 və 6000 növ arası bitki, 326 növ quş və 100-dən çox məməli növü müəyyən edilib. Vəhşi təbiətin çoxlu növləri arasında Rafflesia bitkisi və oranqutan kimi məşhur növlər də yer alır. Kinabalu dağı YUNESKO-nun Ümumdünya irsi statusunu alıb.[3][4][5]

Lou zirvəsini yaxşı fiziki drumu olan şəxs asanlıqla fəth edə bilər. Dağın əsas marşrutu üzrə istənilən zirvəni alpinizm ləvazimatları olmadan dırmaşmaq olar.[6] Dağ massivi boyu digər zirvələri fəth etmək üçün isə xüsusi bacarıq tələb olunur.

Britaniya koloniya inzibatçısı Hyu Lounun 1851-ci ilin martında Kinabalu dağının yaylasına çıxması qeydə alınıb. Lou dağın ən yüksək zirvəsini hesablamayıb. 1858-ci ilin aprel iyul aylarında Hyu Bruneydəki Briyaniya konsulu Con Spenser ilə 2 başqa zivəni fəth edib.[2] Kinabalunun ən yüksək zirvəsi zooloq Con Uaythed tərəfindən 1888-ci ildə fəth edilib.[2] Britaniyalı botanik Lilian Gibbs 1910-cu ilin fevralında Kinabalunu fəth edən ilk botanik və ilk qadın oldu.[2]

Botanik Con Korner 1961-1964-cü illərdə bu dağda Böyük Britaniya Kral Cəmiyyətinin iki mühüm ekspedisiyasına başçılıq edib.[2] Kinabalu Milli Parkı 1964-cü ildə yaradılıb və 2000-ci ildə Ümumdünya irsi siyahısına əlavə edilib.[7]

Flora və fauna

[redaktə | mənbəni redaktə et]
Nepentes radjanın sallanan böyük küpəsi

Kinabalunun flora arealı adi əncir ağacları və həşəratla qidalanan küpəotu bitkiləri də daxil olmaqla müxtəlif növ bitkilərdən ibarətdir. 2600 və 3000 metr hündürlüyü olan ərazilərdə iynəyarpaqlı Dacrydium gibbsiae, kiçik kol bitkiləri, mamırlar, şibyələr, ayıpəncəsi və ayıdöşəyi kimi qısaboylu ağaclar olan qat yerləşir. Yüksək qayalı yamaclarda dünyanın ən müxtəlif səhləbkimilərinə rast gəlinir. Bəzi bitkilər endemikdir ( onlara yalnız Kinabalu Milli Parkının ərazisində rast gəlinir).

Kinabalu dağında yaşayan dağ dələsi

Bitkilərin müxtəlifliyi kimi həmçinin quşların və məməlilərin də müxtəlif növləri burada yaşayır. Kərgədan quşu, Spilornis kinabaluensis, dulit qurbağaağız, qaşlı cəngəllik milçəktutanı və başıaçıq gülən qaratoyuq da daxil olmaqla, Kinabalu Milli Parkında 326 quş növü mövcuddur. İyirmi dörd quş növünə əsasən dağda rast gəlinir. Dağ daha çox hündür ağaclarda yaşayan dörd böyük meymundan biri olan oranqutan da daxil olmaqla, 100-ə yaxın məməli heyvanın məskunlaşdığı ərazidir.[2] Digər məməlilərə maralın üç növü, Malay sincabı , kiçik caynaqlı şərq samurubenqal pişiyi daxildir. Endemik məməlilərə isə qara yereşən və Kalimantan porsuğu daxildir.

Bu dağ zonasında torpaq ilbizinin ən azı 26 növü mövcuddur.[8]

  1. "World Top 50 Most Prominent Peaks" Arxivləşdirilib 2022-06-15 at the Wayback Machine Peaklist.org. Yoxlanılıb 2015-11-28.
  2. 1 2 3 4 5 6 Anteya Fillips & Fransis Lyu 2000. Globetrotter Visitor's Guide – Kinabalu Park. New Holland Publishers (UK) Ltd.
  3. UNESCO World Heritage Centre. "Kinabalu Park". 2017-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2015.
  4. Michael Aquino. "Mount Kinabalu, Malaysia". About.com Travel. 2015-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2015.
  5. "Mount Kinabalu - revered abode of the dead". 2010-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 noyabr 2015.
  6. Richmond, S. (2010). Mt Kinabalu & Kinabalu National Park Arxivləşdirilib 2014-03-04 at the Wayback Machine. In: Malaysia, Singapore & Brunei. Lonely Planet. ISBN 1741048877. səh. 357–364.
  7. "Kinabalu Park". 2016-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-28.
  8. Liew, T.S., M. Schilthuizen & M. bin Lakim, 2010. The determinants of land snail diversity along a tropical altitudinal gradient: insularity, geometry, and niches. Journal of Biogeography, 37: 1071-1078 doi: 10.1111/j.1365-2699.200902243.x

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]