Benqal pişiyi

Benqal pişiyi (lat. Prionailurus bengalensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin asiya pişiyi cinsinə aid heyvan növü.

Benqal pişiyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Cənubi Afrika xallı pişikləri yarımcinsinin Rusiya faunasındakı yeganə nümayəndəsi. Ev pişiyindən iri (bədəninin uz. 90 sm-ədək; quyruğunun uz. 37 sm-ədək), rəngi kürəndir. Şərqi Asiyada, Rusiyada – ən çox Primorye və Xabarovsk diyarıAmur vilayətinin cənub rayonlarında yayılmışdır. Alçaq dağların enliyarpaqlı (daha az iynəyarpaqlı-enliyarpaqlı) meşələrində yaşayır. Əsasən, kollu cəngəlliklərdə çox olur. Gecə həyatı keçirir, bəzən gündüz ova çıxır. Sığınacaqlarını ağacların koğuşlarında və qayaların yarğanlarında qurur. Siçanabənzər gəmiricilər, burunduklar, qırqovullar və s., qışda isə Mancuriya dovşanları ilə qidalanır. 2–3 bala doğur. Az yayılmışdır, mühafizə edilir, RF-nin "Qırmızı kitab"ına daxil edilmişdir.[3]

  • Felis iriomotensis Wozencraft, 1993
  • Mayailurus iriomotensis
  • Prionailurus iriomotensis

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]
  • Prionailurus bengalensis bengalensis;
  • Prionailurus bengalensis chinensis;
  • Prionailurus bengalensis horsfieldi;
  • Prionailurus bengalensis iriomotensis;
  • Prionailurus bengalensis manchurica;
  • Prionailurus bengalensis trevelyani;
  • Prionailurus bengalensis javaensis;
  • Prionailurus bengalensis minutus;
  • Prionailurus bengalensis sumatranus;
  • Prionailurus bengalensis euptailura.
  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 459. ISBN 978-9952-441-02-4.