Kincxar (göl)

Kincxar (Kincxardxand; urduca: کینجھر جھیل‎; ing. Keenjhar Lake), həm də — Каlri (urduca کلری جھیل‎; ing. Kalri Lake) — Pakistanın ən iri gölü.[1]

Kincxar
Ümumi məlumatlar
Mütləq hündürlüyü 10 m
Yerləşməsi
24°57′ şm. e. 68°03′ ş. u.HGYO
Ölkə
Kincxar xəritədə
Kincxar
Kincxar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kincxar gölü Hind çayının aşağı axarının sağ sahilində, Sind əyalətinin cənubunda Tatta dairəsində, Tatta şəhərindən şimal-şərqdə yerləşir. Su hövzəsinin sahəsi — 134,7 km²-dir. Uzunluğu 24 km, eni isə 6 km-dir. Hind çayı hövzəsinin funksionallaşmasında mühüm ekoloji rola malikdir. Tatta dairəsini və Kəraçi şəhərini təmiz su ilə təmin edir. Kincxar gölü 1930-cu ildə Kincxar və Kalri göllərinin Çilyada damba tikiləndən sonra birləşməsi ilə yaranıb. Göl Tatta şəhərindən 18 km və Kəraçi şəhərindən 122 km aralıda yerləşir. Ölkənin yaxınlıqda yerləşən şəhərlərinin sakinləri üçün ən məşhur istirahət yeridir. [1]

  1. 1 2 Kinjhar Lake. Arxivləşdirilib 2022-03-14 at the Wayback Machine — ramsar.org