Pakistan coğrafiyası

Pakistan coğrafiyası (urdu جغرافیۂ پاکِستان) cənubda Ərəb dənizinin sahillərindən şimalda Qaraqorum dağlarına qədər müxtəlif təbii zonaları əhatə edir. Pakistan geoloji olaraq həm Hindistan, həm də Avrasiya tektonik platformasında yerləşir. Bu iki platformanın toqquşma zonasında yerləşən Gilgit-BaltistanAzad Kəşmir bölgələrində tez-tez dağıdıcı zəlzələlər baş verir.

Pakistan coğrafiyası
Qitə Asiya
Region Cənubi Asiya
Koordinatlar 30°00'ş.e, 70°00'ş.u.
Sahə
Sahil xəttinin uzunluğu 1046[1].
Sərhədlər

6774 km

Əfqanıstan: 2430 km
Çin: 595 km
Hindistan: 2240 km
Nəzarət xətti: 740 km
İran:909 km
Ən yüksək nöqtə 8,611 m (Çoqori)
Ən alçaq nöqtə 0 m (Ərəb dənizi)
Ən böyük çay Hind çayı (3,610 km)
Ən böyük göl Mançar gölü (228-250 km²)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pakistan şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin dövlətləri ilə həmsərhəddir. Ölkə geosiyasi baxımdan olduqca mürəkkəb, tez-tez hərbi toqquşmaların baş verdiyi regionda yerləşir. Regionda baş verən bu cür münaqişələrə Hindistanla Pakistan arasında Kəşmir və Əfqanıstanla Pakistan arasında Durand xətti kimi mübahisəli əraziləri misal göstərmək olar.[2] Pakistanın qərb sərhədləri istiqamətində yerləşən Heybər keçidiBolan keçidi kimi ərazilər Mərkəzi Asiya ilə Cənubi Asiya regionları arasında mühüm miqrasiya marşrutları hesab olunur.

Beynəlxalq sərhədləri

[redaktə | mənbəni redaktə et]

Pakistan qurudan dörd ölkə ilə həmsərhəddir. Sərhədlərinin ümumi uzunluğu 6,774 km təşkil edir.

Əfqanıstanla olan sərhəd Hinduquş, Pamir dağları və mübahisəli ərazi olan Durand xətti boyunca uzanır.[3][4] Sərhədin uzunluğu 2,430 km təşkil edir. 1947-ci ildə Pakistan müstəqillik əldə etdikdən sonra Durand xətti pakistanlılar və əfqanlar arasında münaqişə mövzusu olmuşdur. Hər iki tərəf ərazinin özünə məxsus olduğunu iddia edirdi. Bu ərazi barədə yekun qərar 1994-cü ildə qəbul edilmişdir. Hazırda Əfqanıstan ərazisi hesab olunan Vahan dəhlizi Pakistan və Tacikistanı bir-birindən ayırır.[5] Vahan dəhlizindən şərqə doğru ümumi uzunluğu 510 km olan Pakistanla Çin Xalq Respublikası arasında sərhəd başlayır. Bu sərhəd xətti Qaraqorum keçidinə qədər davam edir. Bu sərhəd xətti 1961-ci ildən 1965-ci ilə qədər rəsmi İslamabadPekin arasında danışıqlardan sonra razılaşdırılmışdır. Kəşmir məsələsi həll olunduqdan sonra bu barədə yenidən danışıqların olacağı da gözlənilir.

İran İslam Respublikası ilə Pakistan arasında sərhəd xəttinin tanınması barədə razılaşma 1957-ci ildə imzalanmışdır. Bu iki lkə arasında sərhədin ümumi uzunluğu 909 km təşkil edir.

Pakistanla digər qonşusu olan Hindistanla əlaqələr isə hər iki ölkə müstəqilliyini əldə etdikdən bəri hələ də gərgin olaraq qalır.[6][7] Lahor şəhərinin şimal-şərqindən Qaraqorum keçidinə qədər uzanan atəşkəs xəttinin uzunluğu 130 km təşkil edir. Bu xətt 2 iyul 1972-ci il tarixində İndira QandiZülfüqar Əli Bhutto arasında imzalanmış Şimla razılaşmasından sonra "Nəzarət xətti" adlanır.[8]

  1. "the-world-factbook". 2020-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  2. Rahi, Arwin. "Why the Durand Line Matters". The Diplomat (ingilis). 2019-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
  3. "No change in stance on Durand Line: Faizi". Pajhwok Afghan News. 24 oktyabr 2014. 10 may 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017. But Afghanistan has never accepted the legitimacy of this border, arguing that it was intended to demarcate spheres of influence rather than international frontiers.
  4. Grare, Frédéric. "Carnegie Papers – Pakistan-Afghanistan Relations in the Post-9/11 Era" (PDF). 2006. 2017-08-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 noyabr 2017.
  5. "Pakistan: Geography". US Country Studies. 2011-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
  6. PBS Release. "Border Jumpers The World's Most Complex Borders: Pakistan/India". PBS. 26 iyul 2005. 2013-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.
  7. PHILIP WALKER. "The World's Most Dangerous Borders". The Foreign Policy. 24 iyun 2011. 24 March 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2013.
  8. "Simla Agreement". Bilateral/Multilateral Documents. Ministry of External Affairs, Government of India. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]