Kinderle mağarası

Kinderle mağarası ( və ya Qələbə mağarası, Qələbənin 30 illiyi mağarası) — Rusiya Federasiyası, Başqırdıstan Respublikası, Qafuri rayonu, Taş-Astı kəndi yaxınlığında yerləşən mağara. Mağara Kinderle çayının sol[1] sahilində yerləşir. Mağara 1940-cı illərdə aşkarlanmışdır. Bununla belə mağarada ilk araşdırma işləri 1974-cü ildə gerçəkləşdirlmişdir. Araşdırma işləri A. Andreyevin rəhbərliyi ilə aparılmışdır. Mağara Faşist Almaniyası üzərində qələbənin 30 illiyi münasibətilə Qələbə mağarası olaraq adlandırılmışdır.

Kinderle mağarası
başq. Киндерле мәмерйәһе
Ümumi məlumatlar
Dərinliyi 128 m
Uzunluğu 9113 m
Kəşf tarixi ≈1940
Dövrü Paleolit
Yerləşməsi
54°09′25″ şm. e. 56°51′16″ ş. u.HGYO
Ölkə  Rusiya
Kənd Taş-Astı
Kinderle mağarası xəritədə
Kinderle mağarası
Kinderle mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mağarada 4 yarusludur. Çıxış 94 metr hündürlükdə yerləşir və buradan enişli bir tunelə çıxışı vardır. Burada buzlaqlar və çoxlu sayda stalaqmitlər müşahidə edilir. Bundan əlavə aşağı enərkən Çılçıraq zalını görmək mümkündür. Burada isə çoxlu sayda stalaktitlər vardır. Zalın divarları kalsitlərlə örtülüdür. Çılçıraq zalının qutaracağında 12 metrlik karst quyusu vardır. Bu quyu ilə bir zal Konsert zalı ilə birləşir. Bu zala keçərkən qarşıda stalaktiklərin gözəl mənzərəsi açılır. Qalereya zəmində qəliblər yığını yerləşir. Burada olan boşluq "Pepsi-Kola" zalına keçir (bu boşluğun divarlarında çox rəngli formasiyalar yer alır). Bu öz növbəsində dar tarazlıqların bir çoxuna çevrilir (3-cü, 4-cü və 5-ci mağaraları əmələ gətirir). Qolllardan biri — Möhtəşəm keçid — 5-ci mağaraya ağarır (Fiqur, Şokoladnıy, Yaşıl göllər, Kamennı, Kaşşey Кpadşahlığı zalları). Suxurlar Devon dövrünə aiddir.

2010-cu ildə mağaranın bir hissəsi turistlərin ziyarəti üçün təcrid olunmuşdur. Bu tədbirlər mağaranın ekoloji vəziyyətini sabitləşdirmək üçün speleoloqlar tərəfindən həyata keçirilmişdir. Kinderle mağarası Zilim landşaft təbiət parkı ərazisində yerləşir. Park ərazisində 68 mağara mövcud olsa da, onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir.

  1. "Пещера Киндерлинская (Победы, 30-летия Победы)". Ураловед. 2018-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-30.