Zilim landşaft təbiət parkı — yerli əhəmiyyətli qorunan təbiət abidəsi. Təbiət parkı 2005[1]-ci ildə resursların bərpası, turizmin inkişafı və mövcud bioloji növlərin qorunması məqsədilə təşkil olunmuşdur. Park Başqırdıstanın xüsusən qorunan təbiət ərazisi statusuna malikdir.[2]
Zilim landşaft təbiət parkı | |
---|---|
BTMB kateqoriyası — Ia (Ciddi Təbiət Qoruğu) |
|
Sahəsi | 38,1 min hektar |
Yaradılma tarixi | 2005 |
Çay | Zilim |
Yerləşməsi | |
54°00′00″ şm. e. 57°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Rayon | Qafuri |
Yerləşməsi | Zilim çayı |
|
Park ərazisində unikal təbiət kompleksi, nadir yayılmış bitki və heyvan növlərinə rast gəlmək olar. Başqırdıstan Respublikası Qafuri rayonu ərazisində, Zilim çayı hövzəsində yerləşir. Park 38,1 min ha ərazini əhatə edir. Park alçaq dağlıq əraziləri əhatə edir ki, burada da 68 mağara mövcuddur. Onlardan Oktyabrskaya və Kinderle mağaraları daha çox seçilir.
Park ərazisinin 90 % meşə ilə örtülmüşdür. Əsasən qarışıq və enliyarpaqlı meşələr üstünlük təşkil edir. Bəzi yerlərdə sıx iynəyarpaqlı meşələr mövcuddur. Burada əsasən şam, küknar ağacları üstünlük təşkil edir.[3] Zilim çayının vadisində, sahil ərazisində su bitkiləri, giləmeyvə kilları yayılmışdır. park ərazisində 500 nov borulu bitki növü yayılmışdır. Onlardan 13 endemik və 20 relikt növ sayılır. Endemiklər arasına Ural dağtərxunu, Başqıd ayçiçəyi, palıd anoniti, reliklər arasında isə kazas ardıcını daxildir. Allium obliquum, iynəyarpaq qərənfil, yaşıl sümürgə və digər 18 növ bitki Başqrdıstanın qırmızı kitabına daxil edilmişdir. Aşağıdakı növlər isə RSFSR qırmızı kitabına daxil olmuşdur: Əsl zöhrəçiçəyi, Stípa pennata, Schiveréckia podólica.
Zilim landşaft təbiət parkı ərazisində 15 növ nadir heyvan yayılmışdır. Burada 81 növ quş qeydə alınmışdır ki, bunlar arasında nadir quşlarda vardır: sağsağanı alacüllüt, şahin, berqut, qara leylək, böyük xallı qartal, çay qaraquşu. Sularında müxtəlif növ balıq üzür.
Регистрационные данные МУЧ ЛАНДШАФТНЫЙ ПРИРОДНЫЙ ПАРК "ЗИЛИМ" Arxivləşdirilib 2020-06-14 at the Wayback Machine