Kinokameralı insan (rus. Человек с киноаппаратом) — rejissor Dziqa Vertovun sənədli filmi.
Kinokameralı insan | |
---|---|
rus. Человек с киноаппаратом | |
Janr | sənədli film |
Rejissor | Dziqa Vertov |
Operator | Mixail Kaufman |
Distribütor | bilinmir[d] |
İlk baxış tarixi | 8 yanvar 1929 |
Filmin növü | tammetrajlı sənədli film |
Müddət | 66 dəq. |
Ölkə | SSRİ |
Dil | səssiz |
İl | 1929 |
Rəng | Ağ-qara |
IMDb | ID0019760 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin süjet xətti müxtəlif sənədli epizodların maraqlı yığımından ibarətdir. Filmdə şəhər həyatının təsviri: nəqliyyat vasitələrinin hərəkəti, insanlar, sənaye müəssisələri işçilərinin əməyi, görülən mədəni tədbirlər, tibbi idarələr və s. göstərilir. Bu sənədli filmdə montaj prosesinin müxtəlif texnikalarından istifadə olunmuşdur. Məsələn: kadrların sürətli hərəkəti, eləcə də asta hərəkəti, iki və daha çox görüntünün bir kadrda yerləşdirilməsi və s. Bütün bunlar filmə xüsusi özəllik qatan amillərdir.
Film 1929-cu ildə səssiz istehsal olunmuşdu və kinoteatrlarda film gedə-gedə canlı musiqi çalınırdı. Filmə sonradan bir neçə dəfə müxtəlif musiqi nümunələri yazılmışdır. Biosphere (1996), The Cinematic Orchestra (2002), Maykl Nayman (2002) sonradan bu filmin üzərində işləyən musiqiçilərdən olmuşlar.
Başlanğıcda titrlər vasitəsilə filmin müəllif xarakteristikası verilir: "Tamaşaçıların nəzərinə: Əslində film özü ilə kino-veriliş təcrübəsinin görüntülərini təqdim edir. Özü də yazının köməyi olmadan: ekranda heç bir yazı verilmir, film titrsizdir. Ssenarinin köməyi olmadan: filmin ssenarisi yoxdur. Teatrın köməyi olmadan: filmdə dekorasiya, aktyor və s.-dən istifadə olunmamışdır. Bu təcrübi iş həqiqətən, beynəlxalq kino dilinin yaranmasına istiqamətlənmişdir ki, onun da əsasında teatr və ədəbiyyat dili tamamilə ayrılmışdır".