Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir.
Kintex | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | xidmət sektoru[d] |
Təsis tarixi | 1965 |
kintex.bg |
Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir[1].
Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir. Əsasən Müdafiə və Daxili İşlər nazirliklərinin və əlaqədar dövlət qurumlarının ehtiyacları üçün silah, döyüş sursatı, döyüş texnikası və s. kimi məhsulların ixrac və idxalıyla məşğuldur. Şirkət həmçinin Mərkəzi Afrika, Asiya və Orta Şərq ölkələri üçün mühəndislik layihələri də həyata keçirir[2].
Fəaliyyətinin ilk dövrlərində şirkət "silah qaçaqmalçılığı" , çirkli pylların yuyulması və.s kimi çirkli işlər ilədə məşğul idi[3].
2016-cı ildən başlayaraq özəl şirkətlərin təzyiqi nəticəsində şirkətin fəaliyyətində geriləmə başlayır. Ardınca şirkətin Hindistan və Əlcəzairdəki fəaliyyətindədə gəlirlər azalmağa başlayır[4].
Şirkətin ünvanı: 66 James Baucher blvd, 1407 Sofiya, Bolqarıstan.
Telefonu: +359 2 866 23 11
E-poçtu: [email protected][5]
1967-ci ildə şirkət, Bolqarıstan Nazirlər kabinetinin qərarı ilə "Gizli tranzit" adı altında, Beynəlxalq nəzarətdə olan bir neçə xüsusi təyinatlı məhsulların ixracı və təkrar ixracı ilə məşğul olmağa başlayır. Bu məhsullara silah, qızıl, valyuta, məişət texnikası, siqaret, spirtli içkilər və dərman vasitələri daxil idi[3].
Kintex 1970-ci illərdə Türkiyədə hakimiyyətə qarşı çıxış edən həm sağ, həm də sol qüvvələri silah ilə təmin edirdi[6] .
Şirkət bu işləri digər Bolqarıstan şirkəti olan Texim ilə birlikdə, əsasən Lixteynşteyndə yaradılmış "ofşor şirkət"lər ilə birlikdə həyata keçirirdi. Ancaq 1985-ci ildə Türkiyə ilə munasibətlərdə təhlükə yarana biləcəyinə görə Bolqarıstan hökuməti Kintex şirkəti vasitəsiylə etdiyi bu çirkli işləri dayandırır[3].