Kira Georgiyevna Andronikaşvili

Kira Georgiyevna Andronikaşvili (rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი, Andronikaşvili-Pilnyak; 16 iyun 1908, Tiflis24 fevral 1960, Tbilisi, SSRİ) — Sovet aktrisası və kinorejissor. Gürcüstan SSR əməkdar artisti (1959). Knyaz qızı.

Kira Andronikaşvili
rus. Ки́ра Гео́ргиевна Андроникашви́ли, gürc. კირა გიორგის ასული ანდრონიკაშვილი
Digər adı Kira Georgiyevna Andronikaşvili
Doğum tarixi 16 iyun 1908(1908-06-16)
Doğum yeri
Vəfat tarixi 24 fevral 1960(1960-02-24) (52 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa
Təhsili
Mükafatları Gürcüstan SSR əməkdar artisti (1959)
IMDb ID0029077

O, Andronikovlar knyaz nəslindən idi. Kino sənayesinə təsadüfən düşən bacısı Natonun yolu ilə gedərək kinematoqrafla məşğul olmağa başladı.

1923—1928-ci illərdə Gürcüstan Kino Sənayesinin aktrisası olmuşdur, 1929—1931-ci illərdə "Vostokfilm" kinostudiyasının aktrisası və rejissor köməkçisi idi.

1936-cı ildə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsini (Sergey Eyzenşteynin emalatxanası) bitirdi. Rejissor köməkçisi ("Soyuzdetfilm") və dublyaj rejissoru ("Gürcüstan-Film") kimi fəaliyyət göstərmişdir.

1937-ci ildə əri Boris Pilnyakın ardınca repressiyaya məruz qaldı. Həbsindən bir müddət əvvəl üç yaşlı oğlu Borisi Gürcüstana aparmağı bacardı və uşaq orada xalası Nata Vaçnadzenin ailəsində 7 il yaşadı.

16 may 1938-ci ildə vətən xaini ailəsinin üzvü kimi 8 il düşərgələrdə həbs cəzasına məhkum edildi. 12 iyun 1938-ci ildə Moskvadakı Butırka həbsxanasından Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsinə (A.L.J.İ.R.) köçürüldü və 1 may 1940-cı ilə qədər burada qaldı, sonra o, "NKVD-nin sərəncamında Moskvaya göndərildi".[1] 1956-cı ildə bəraət qazandı.

  • Valideynləri:
    • Atası — Georgi Aleksandroviç Andronikov (1875—1911), knyaz, qusar polkovniki.
    • Anası - Yekaterina Semyonovna Slivitskaya (1877—1947).
  • Bacısı — Nato Vaçnadze (ilk soyadı Andronikaşvili olmuşdur) (1904—1953), sovet gürcü aktrisası.
  • Əri — Boris Pilnyak (1894—1938), sovet yazıçısı
  • Oğlu — Boris Borisoviç Andronikaşvili (ilk soyadı Pilnyak olmuşdur; 1934—1996) sovet yazıçısı, aktyor, ssenarist.
  • Bacısı uşaqları:
    • Eldar Şengelaya (1933), sovet və gürcü kinorejissoru. Nato Vaçnadzenin oğlu.
    • Georgi Şengelaya (1937), sovet və gürcü kinorejissoru. Nato Vaçnadzenin oğlu.
    • Kira Andronikaşvili (1945), sovet aktrisası.
  • Nəvələri:
    • Mariya Borisovna Korolyova (ilk soyadı Andronikaşvili olmuşdur; 1959—2017), Lüdmila Qurçenkonın qızı.[2]
    • Kira Borisovna Andronikaşvili (1970), Rusudan Xantadzenin qızı.
    • Aleksander Borisoviç Andronikaşvili (1973), Rusudan Xantadzenin oğlu.
  • Nəticələri:
    • Rati Aleksandroviç Andronikaşvili (2001) Anano Çarkvianinin oğlu.
    • Boris Aleksandroviç Andronikaşvili (2005-ci il təvəllüdlü) Yelena Çobanzadenin oğlu.
    • Mariam Vladimirovna Darchiashvili (1997), Kira Andronikaşvilinin qızı.
    • Yelena Vladimirovna Darchiashvili (2001), Kira Andronikaşvilinin qızı.
    • Mark Aleksandroviç Korolyov (1982-1998), Mariya Borisovna Korolyovanın oğlu, narkotik aşırı dozasından vəfat etmişdir.[3][4][5]
    • Yelena Aleksandrovna Korolyova (1983), Mariya Borisovna Korolyovanın qızı.[6]
  • Kötücələri
    • Taisiya Pavlovna (2008).[7][8]

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  • 1924 — Müjdəçi— Katine
  • 1926 — Natella
  • 1928 — ElisoEliso
  • 1930 — Yer susuyur — Camal
  • 1932 — Səhra
  • 1941 — Qara dağlarda (qısametrajlı) — Stefanın həyat yoldaşı
  • 1943 — O, hələ qayıdacaq — ana
  • 1945 — İnadçı qonşular
  • 1958 — Mayakovski belə başlaylrdl… — dama
  • 1959 — Köpək balığının dişi — Əlinin anası
  1. "Грузинская свекровь Людмилы Гурченко: потерянная семья и возвращение из АЛЖИРА". 2020-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  2. "Балет жизни :: Биография :: официальный сайт Людмилы Гурченко". 2009-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  3. "Главная профессия :: Биография :: официальный сайт Людмилы Гурченко". 2011-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  4. "Прощай, Двадцатый… :: Биография :: официальный сайт Людмилы Гурченко". 2020-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  5. "Людмила Гурченко породнилась с Ларисой Лужиной и Иосифом Сталиным". 2018-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  6. От правнучки Гурченко отказался родной отец Arxiv surəti 27 sentyabr 2009 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2009-09-27 at the Wayback Machine
  7. "Дочь Людмилы Гурченко: «Я не обижаюсь на свою маму…» // KP.RU". 2011-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.
  8. "Людмила Гурченко стала прабабушкой, но правнучку не признает". 2020-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]