Kiribati dolları (ing. Kiribati dollar) — Kiribati Respublikasının pul vahididir. Kiribati dolları Avstraliya dollarına bərabərdir. Kiribatidə qanuni ödəmə vasitəsi də Avstraliya dolları hesab olunur.
Kiribati dolları | ||||
---|---|---|---|---|
Kiribati dollar | ||||
| ||||
Kod və simvol | ||||
Simvol | $ | |||
Dövriyyə ərazisi | ||||
Emitent ölkə | Kiribati | |||
Əvəzedici və paralel vahidlər | ||||
Kiçik | sent (1⁄100) | |||
Dövriyyədə olan sikkə və əsginaslar | ||||
Əsginas | Buraxılmır | |||
Tarixi | ||||
Dövriyyəyə buraxılma | 1979 |
1966-cı ilə qədər Gilbert və Ellis adasının koloniyasının pul dövriyyəsində avstraliya funtu əsas pul vahidi kimi istifadə olunurdu. 1966-cı ildə Avstraliya dolları koloniyanın əsas pul vahidi oldu. Gilbert adasının koloniyalarından ayrılan Kiribati 1975-ci ildə müstəqil oldu və dollar Kiribati Respublikasının 1979-cu ildə elan edilmiş pul vahidi olaraq qaldı.
1979-cu ildə şəxsi sikkələrin buraxılışı başlanmışdı. İlk buraxılış 1 və 2 sentlik tunc sikkələrdən ibarət idi. Daha sonra 5, 10, 20, 50 sentlik mis-nikel sikkələri və 1, 5 dollarlıq gümüş sikkələri tədavülə buraxıldı. Sonra isə başqa nominallı: 2, 10, 20, 50, 100, 150, 200, 500 dollarlıq sikkələrinin buraxılışı başlanmışdır. 2 və 5 dollarlıq sikkələr mis-nikel və gümüşdən, 10 dollar və ondan yuxarı nominallı sikkələr isə yalnız qiymətli metallardan hazırlanır.[1][2]