Kiriniya Amerikan Universiteti (türk. Girne Amerikan Üniversitesi, ing. Girne American University) — Şimali Kipr Türk Respublikasının Kiriniya şəhərində yerləşən özəl universitet. Universitet 1985-ci ildə Sərhad Akpınar tərəfindən amerikan tipli ali təhsil müəssisəsi olaraq qurulmuşdur. 31-ci ili ilə bağlı xüsusi tədbirlər keçirən universitet tabeliyində 10 fakültə və kollec var.[1]
Kiriniya Amerikan Universiteti | |
---|---|
türk. Girne Amerikan Üniversitesi ing. Girne American University | |
| |
35°19′58″ şm. e. 33°16′29″ ş. u. | |
Şüar | Sizə ən yaxın amerikan universiteti (türk. Size En Yakın Amerikan Üniversitesi) |
Əsası qoyulub | 1985 |
Tip | Özəl universitet |
Rektor | Prof. Dr. Kutsal Öztürk |
Tələbə sayı | 88 500 |
Bakalavr sayı | 15.000 |
Müəllim sayı | 969 |
Ölkə | |
Universitet şəhərciyi | Qaraoğlanoğlu |
Sayt | Girne Amerikan Üniversitesi |
Vikianbarda əlaqəli mediafayllar |
Həmçinin universitetin tərkibində GAU TV adlı televiziya kanalı fəaliyyət göstərir.[2] Kanalı bütün Kipr adasından izləmək mümkündür. Universitet bina adlarına verilən "Freedom, Millenium, Spectrum" kimi müxtəlif adlarla diqqəti cəlb etmişdir. Universitet Qafqaz Universitetlər Birliyinin üzvüdür.[3]
Universitetin tərkibində 10 fakültə və kollec fəaliyyət göstərir.[4]
GAU tədqiqat mərkəzləri və laboratoriyalarında tətbiqi elm, mühəndislik və texnologiya sahələri üzrə qabaqcıl tədqiqatlar aparılır.[5] Beynəlxalq İrs Tədqiqatları Mərkəzi memarlıq, dizayn və incəsənət fakültəsi çərçivəsində 2012-ci ildə qurulmuşdur və bir tədqiqat və dizayn mərkəzi kimi incəsənət üzərində tədqiqatlar aparır.[6] Arxeoloji tədqiqatlar mərkəzi isə tarixi və arxeoloji tapıntılar üzərində araşdırmalar aparır.[7][8]
Kiriniya Amerikan Universiteti tərəfindən "GAU Journal of Social and Applied Science" adlı elmi jurnal nəşr edilir.[9] Bununla yanaşı universitetin nəzdində bütün Kipr adasına yayımlanan GAU TV fəaliyyət göstərir.[10]