Kiron Vilyamson

Kieron Uilyamson (ing. Kieron Williamson) Gənc rəssam. Dahi rəssamlıq qabiliyyəti sayəsində, “balaca Mone” adlandırılır və Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc rəssamın əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Son beş ildə tablolarının satışından 2,3 milyon dollar qazanıb.

Kieron Uilyamson
ing. Kieron Williamson
Doğum tarixi (22 yaş)
Doğum yeri Norfolk, İngiltərə İngiltərə
Milliyyəti İngilis
Vətəndaşlığı Böyük Britaniya Birləşmiş Krallıq
Fəaliyyəti Rəssam
Janr Akvarel
kieronwilliamson.com

2002-ci il İngiltərədə, şərqi Norfolk qraflığında anadan olub. Kieron beş yaşında ailəsi ilə birgə cənub-qərbi İngiltərəyə səyahət edib, Kornuoll qraflığına baş çəkib və artıq bir ildən sonra o, dahi rəssamlıq qabiliyyəti sayəsində Ginnesin Rekordlar Kitabına düşüb. 2009-cu ildə gənc impressionistin əsərlərindən ibarət ilk sərgi təşkil edilib və cəmi 25 dəqiqə ərzində 23 şəkil satılıb. Dolayısıyla, Kieron ilk 35 min dollarını qazanıb. Bir ildən sonra artıq 33 işin satıldığı ikinci sərgi baş tutub. Və bu dəfə gənc rəssam 200 min dollar varlanıb. Kieron Uilyamsonun məşhurluğu, müvafiq şəkildə gəlirinin miqdarı artıb – növbəti sərgi artıq ona 600 min dollar gətirib. Onun tablolarını müxtəlif ölkələrdən, xüsusilə Yaponiya, Şimali Amerika və Avropa ölkələrindən pərəstişkarları əldə edib. Tanınmış kolleksiyaçılar öz kolleksiyalarını gənc rəssamın işləri ilə zənginləşdirib və bunu etməyə davam edirlər. Son beş ildə Kieron Uilyamson öz tablolarının satışından 2,3 milyon dollar qazanıb. Dolayısıyla, 11 yaşda o, milyonçu olub. Rəssam, futbol ulduzu olmağı arzulayır və tez-tez dostları ilə bu oyunu oynayır.

Kieron Williamson Limited

[redaktə | mənbəni redaktə et]

Hazırda gənc rəssam “Kieron Williamson Limited” şirkətinin sahibidir. Yaşı az olduğu üçün gənc rəssam hələlik şirkəti idarə etmək iqtidarında deyil, ona görə valideynləri ona bu işdə kömək edir. Gənc rəssam, bir həftə ərzində bir neçə şəkil yaradır və bu tablolar impressionist bilicilər tərəfindən əsl şedevr kimi qiymətləndirilir. Kieron nə qədər şəkil çəkirsə çəksin, alıcı tələbatını təmin edə bilmir. İnsanlar Uilyamsonun hələ çəkmədiyi şəkilləri almaq üçün növbəyə durur. Rəssamın özünün də dediyi kimi, növbədə duran alıcıların sayı 500-3000 arası dəyişir. Tablolar kifayət qədər böyük qiymətə (3500-30000 dollar) satılır.