Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur.
Kirov zavodu | |
---|---|
ОАО «Кировский завод» | |
Ümumi məlumatlar | |
Tipi | səhmdar cəmiyyəti |
Sənaye | maşınqayırma |
Məhsulu | Traktor |
Təsis tarixi | 1801 |
Baş qərargahın yeri | |
İqtisadi göstəriciləri | |
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
Rəhbərlik | |
Təsisçi | |
kzgroup.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi.
Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi.
1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır. Böyük Oktyabr inqilabı ilə bolşeviklər hakimiyyəti ələ alandan sonra, fabrikin adı Qırmızı Putilov zavodu olaraq dəyişdirilmişdir. Zavod Sovet İttifaqında həyata keçirilən sənayeləşmə hərakətında dövrün tələbinə uyğun olaraq liderliyi ələ alır və çox sayda ağır texnika istehsal edir. 1934-cü ildə siyasi sui-qəsd nəticəsində qətlə yetirilən Sergey Kirovun xatirəsinə zavodun adı Kirov zavodu olaraq dəyişdirilmişdir.
Kirov zavodu İkinci Dünya Müharibəsindən əvvəl və müharibə dövründə hərbi sənaye üçün məhsullar istehsal edir. Traktor yerinə tanklar istehsal etmiş və bu zavodda məşhur T-34 tankı istehsal edilmişdir.
Zavod Sovet İttifaqının dağılmasından sonrakı dövrdə istehsalını davam etdirmişdir.