Kislovodsk Milli Parkı

Kislovodsk milli parkı (2016-cı ilin 2 iyununa kimi — İstirahət parkı)[1]Kislovodsk şəhərində xüsusi mühafizə olunan təbiət ərazisi. Avropanın ən böyük şəhər parkı[2]. Kislovodsk parkının sahəsi 965,8 hektardır. Müqayisə üçün — Böyük Britaniyanın ən böyük şəhər parkı (Richmond Park) 955 hektar, Versal sarayının parkının sahəsi 800 hektardır.

Kislovodsk Milli Parkı
rus. Кисловодский национальный парк
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 965,79 ha
Yaradılma tarixi 2016
Yerləşməsi
43°53′47″ şm. e. 42°44′18″ ş. u.
Ölkə  Rusiya
Kislovodsk Milli Parkı xəritədə
Kislovodsk Milli Parkı
Kislovodsk Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parkdakı təbiət abidəsi Krasnıy Kamnidir. Parkın bir neçə yerində var və qırmızı-qəhvəyi rəngə və müxtəlif aşınma formalarına malikdir.

Hal-hazırda Kislovodsk Milli Parkı üç şöbədən ibarətdir: Narzan qalereyasından Güzgülü hovuzaŞüşəli axına aparan Köhnə (və ya Aşağı) park; Qızılgüllər vadisindən başlayaraq Boz Daşlarla bitən Yeni (və ya Orta) park; Dağ parkı. Sahəsinə görə ən böyüyü. BozMavi daşlardan Kiçik və Böyük Yəhər dağlarına qədər.

Tarixi[redaktə | mənbəni redaktə et]

Parkın tikintisi ilə bağlı işlər 1823-cü ildə general Aleksey Yerrmolovun əmri ilə başlanılmış[3]. İş aşağı rütbəli hərbi dəstələr tərəfindən həyata keçirilirdi. Ağac əkmək üçün Olxovkanın daşlı sahillərinə münbit qara torpaq gətirilirdi. 1845-ci ildə knyaz M.S.Vorontsov Qafqaz qubernatoru təyin edildikdən sonra Kislovodsk parkının inkişafı və abadlaşdırılması işləri davam etdirildi. Vorontsovun Krım mülklərindən ən yaxşı çiçək toxumları, ağac və kolların tingləri gətirildi.

1903-cü il parkın tikintisinin ikinci mərhələsinin başlanğıcı hesab olunur. Bir çox bitkilər çılpaq yamaclarda əkildi. Düzgün seçilmiş yer, təsisçilərinin və parkın qoruyucularının həvəsi ilə Kislovodsk Milli Parkını Avropanın ən gözəl və maraqlı parklarından birinə çevrildi.

2 iyun 2016-cı il tarixindən etibarən Rusiya hökumətinin 493 nömrəli qərarı ilə federal əhəmiyyətli Kislovodsk Milli Parkına yaradıldı.[2]

Fauna[redaktə | mənbəni redaktə et]

Park Olxovka çayının hər iki sahilində yerləşir və ərazisində sidr, küknar, ağcaqayın, şam, fıstıq, qızılağac, vələs və s. ağaclar üstünlük təşkil edir. O cümlədən 250-dən çox ağac və kol növü var[4].

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • "Росимущество. Фотоархив". 2017-01-13 tarixində arxivləşdirilib.
  • "Курортный парк". 2012-03-25 tarixində arxivləşdirilib.
  • Курортный парк в Кисловодске на сервисе Яндекс.Панорамы

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Документы — Правительство России". 2016-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  2. 1 2 "Создание в Кисловодске крупнейшего в Европе национального парка состоялось". 2016-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.
  3. "Курортный парк". 2012-03-25 tarixində arxivləşdirilib.
  4. "Курортный парк Кисловодска. Достопримечательности КМВ. Отдых на Кавказских Минеральных Водах". 2009-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-27.