Ağcaqayın

Ağcaqayın (lat. Acer L.) — ağcaqayın fəsiləsindən ağac və kol bitkisi cinsi. Avropa, AsiyaŞimali Amerikada geniş yayılmışdır.

Ağcaqayın
Elmi təsnifat
Beynəlxalq elmi adı
Ağcaqayın

Qarşı-qarşıya düzülən yarpaqları dilimli, nadir hallarda lələkvarı mürəkkəb və ya bütövdür; çiçəkləri salxım, yaxud qalxanabənzər çiçək qrupunda toplanmışdır. Meyvəsi ikiqat qanadlıdır. Avropa, Asiya, Şimali Afrika, Şimali Amerika və Mərkəzi Amerikada 150-dək növü məlumdur. Azərbaycanda 8 növü var. Oduncağından mebel, musiqi alətləri və s. hazırlanır. Ağcaqayın dekorativ və ballı bitkidir. Amerikada bəzi növlərin-dən ağcaqayın şəkəri istehsal olunur.

Azərbaycanda hündürlüyü 30 m-ə, diametri 1 m-ə çatan sivriyarpaq və ya çinarabənzər ağcaqayın (lapan) (Acer platanoides), keçəl ağcaqayın (Acer laetum), çöl ağcaqayını (Acer campestre), məxməri ağcaqayın (Acer velutinum), ağ ağcaqayın (Acer pseudoplatanus), tpaytfettep ağcaqayını (Acer trautvetteri), Hirkan ağcaqayını (Acer hyrcanum) vənyappaq ağcaqaın (Acer negundo) bitir.

Dərman bitkisi kimi istifadə olunan növləri[redaktə | mənbəni redaktə et]

Digər növləri[redaktə | mənbəni redaktə et]

  1. Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 474. doi:10.5962/BHL.TITLE.746
  2. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1054.