Kitab çapı texnologiyası

Qutenberq çap mətbuat

Kitab çapı texnologiyası

1400-cü illərin ortalarında alman alimi İohann Qutenberq hərəkətli metal lövhələrin köməyi ilə kitab çapı texnologiyasını ixtira etmişdir. Dahi alman ixtiraçısı ilk çap olunan yüksək keyfiyyətli Bibliya kitabı ilə şöhrət qazanmışdır. Bundan əvvəl Qutenberq təqvimlər, latın qrammatikası dərslikləri kimi kiçik nəşrlər dərc etmişdi. Bütün bu işlər onun ən böyük nailiyyəti hesab olunan 42 sətirlik Bibliya kitabının çapına hazırlıq məqsədi daşıyırdı.


Bibliya kitabı
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.