Kitab oğrusu

Kitab Oğrusu, Avstraliyalı yazar Markus Zusak tərəfindən qələmə alınmış romandır. Kitab Nazı Almaniyası haqqında son dərəcə sıx bir şəkildə bu tarixdən alınan qeydlər ilə birlikdə ölümü izah etməkdədir. II. Dünya Müharibəsinin yaxınlaşdığı bu günlərdə, bir ögey ana və ata ilə birlikdə yaşayan gənc qız, evlərində gizlətdikləri gənc ilə aralarındakı münasibəti onlara izah edir. İlk olaraq 2005-ci ildə nəşr olunan kitab bir çox mükafat qazanmış və 230 həftə ərzində New York Times Ən Çox Satanlar siyahısında yer almışdır.

'Kitab Oğrusu'
ing. The Book Thief
Müəllif Markus Zusak
Janrlar Roman, Tarixi roman
Orijinalın dili ingilis dili
Ölkə Avstraliya
Orijinalın nəşr ili 2003

Lizel qatarda qardaşı öldüyü əsnada, onları övladlığa götürən ögey ana və atasının yanına gedir. Qardaşının dəfnində bir kitab tapan Lizel, onu 'oğurlayır'. Qalacağı evə gələndə, ögey atası Hans Huberman ona oxumağı öyrədir. Nasistlərin kitab yandırma mərasimində, yanmaqda olan kitablar vasitəçiliyi ilə bir zabit Lizelin "əxlaqsız" və "əlverişsiz" düşüncələr ilə beynini doldurur və Alman cəmiyyətinin təmiz qala bilməsi haqqında bir mətn danışır. Kitab yandırma mərasimindən dərhal sonra Lizel alovun altında qalan bir kitabı götürüb saxlayır və onu evinə aparır. Bu əsnada onu, ögey anası Roza Hubermanın bir müştərisi və bələdiyyə başçısının arvadı olan İlza Herman görür. Lizel bələdiyyə başçısının evini ziyarət etdiyi bir gün, İlza ona möhtəşəm kitabxanalarını göstərir və kitabları onunla paylaşmağa başlayır. Ancaq Lizel bir dəfə İlza Hermanla mübahisə edir, bu səbədən də ön artıq onların evlərinə ön qapıdan gəlmir — əvəzində Lizel, oxumağa qarşı olan sevgisi səbəbiylə, kitabxanaya gizlicə gəlib kitabları "borc" olaraq alır ancaq bu səbəbdən "Kitab Oğrusu" ləqəbiylə xatırlanmağa başlayır.

Bu əsnada müharibə ucbatından yaranan gərginlik səbəbi ilə Lizelin ögey atası Hansın bir tanışı olan Maks Vanderberg adlı Yəhudi bir gənci evlərinin zirzəmisində gizlətmək məcburiyyətində qalırlar. Maks, həyatını təhlükəyə atmamaq üçün evi tərk edə bilməz. Beləcə Maks və Lizel birlikdə oxumağa başlayır, bir-birləri ilə hekayələr paylaşırlar. Ancaq bu əsnada Hans, Yəhudi bir məhbusa çörək vermək bahasına Nasist bir əsgər tərəfindən döyülür. Bu hadisədən sonra Maks evlərinin yoxlanacağını düşünən ailənin yanından ayrılmaq məcburiyyətində qalır. Lizel daha sonra yəhudilərin şəhər içindən keçirilib konsentrasiya düşərgəsində aparılarkən Maksı yenə görür.

Bundan qısa bir müddət sonra, müttəfiq qüvvələr Lizel və yoldaşlarının evlərinin olduğu küçəni bombalayır. Bu hücumdan yalnız Lizel xilas olur.