Kitabxana pişiyi

Bir kitabxana pişiyi

Kitabxana pişiyiictimai kitabxanalarda yaşayan ev pişiyi. Pişiklərlə kitabxanalar arasındakı əlaqənin tarixçəsi Orta əsrlərə qədər uzanır.

Müasir dövrdə kitabxana pişikləri filmlərə və kitablara mövzu olmaqdadır. Deuey Ridmor Buks ən məşhur kitabxana pişiyi hesab olunur. O, 10 il boyunca Ayova ştatının Spenser ictimai kitabxanasında yaşamışdır. Ölümündən sonra onun haqqında bir çox kitablar nəşr olunmuşdur.[1]

Pişiklərlə kitabxanaların əlaqəsinin yaşı əsrlərlədir.[2][3][4] Orta əsrlərə aid qeydlərə görə pişiklər monastrlarda saxlanılırdılar ki, vacib əlyazmaları siçanlardan qorusunlar.[5]

Müasir misallar

[redaktə | mənbəni redaktə et]

1745-ci ildə Rusiya imperatriçası Yelizaveta pişikləri saraya köçürmək barədə əmr vermişdi. Bu pişiklərin törəmələri hazırda Ermitaj muzeyində yaşayırlar.[6] XIX əsrdə Britaniya hökuməti pişik saxlayan kitabxanalara əlavə pul ödəyirdi, çünki siçanların kitablara yaxın durmasına mane olduğunun fərqində idilər.[5]

Kitabxana pişikləri müxtəlif kitablarda və filmlərdə personaj kimi peyda olublar.[7] Hətta bəzilərinə heykəllər həsr olunub.[5] Bəzilərinə institutun şurasında vəzifələr verilib.[7] Bir çox kitabxana pişiyinin marketinq və ictimai münasibətlərdə peşəkar rolu olub.[7]

Kitabxanalarla pişiklərin münasibəti bəzən mübahisələrə səbəb olub. Hadisələrin birində bir pişiyi kitabxanadan uzaqlaşdırmağa cəhd ediblər və əsas kimi pişik alergiyasını göstəriblər.[8] Bir başqa halda kitabxana pişiyi servis heyvanlarına qarşı olan reaksiyasına görə kitabxanadan uzaqlaşdırılıb.[2] Nyu-Yorkun Patnem Valli qəsəbəsindəki institutdan bir pişiyin uzaqlaşdırılmasına görə institut potensial gəlir itirib. Çünki cəmiyyətin iki üzvü pişiyin uzaqlaşdırılmasından narazı qalıblar və miraslarından instituta pul ayırmaq barədə olan fikirlərini dəyişiblər. Nəticədə, institut 80.000 ABŞ dolları gəlirdən mərhum olub.[2]

1987-ci ildə kitabxana pişiklərinə hörmət etmək və onları tanıtmaq üçün Kitabxana Pişiyi Cəmiyyəti qurulub. Bu təşkilat hazırda qeyri-aktivdir. Cəmiyyətin üzvü olan bir çox kitabxana pişikləri barədə məlumatları mübadilə edirdilər və cəmiyyət onlar haqqında qəzet nəşr etmişdi.

"Pişiklər, kitabxanaçılar və kitabxanalar: Kitabxana Pişiyi Cəmiyyəti haqqında esselər" antologiyası bu münasibəti araşdırmışdır. "Kitablı pişik: Kitabxana pişiyinin macəraları" adlı filmin də rejissoru olmuş Qeri Roma kitabxana pişiklərini araşdırması ilə tanınır.[7] Romanın saytına görə dünyada 800-dən çox kataloqlanmış kitabxana pişiyi var. Kataloqa görə onların çoxu ölüblər.

Bundan əlavə, pişiklər ABŞ-dakı müstəqil kitab evlərində də tez-tez görünürlər.[9][10]

Kitabxana pişikləri kitabxanaçıların əhvalını qaldırır və oxumağı təşviq edir.[7] Pişiklər marketinq kampaniyalarında kitabxanalara daha çox insan cəlb etmək üçün istifadə olunurlar.[11] Pişiklərin varlığı kitabxanada rahat mühit yarada, kitabxanaçıların gündəlik stresini azalda bilərlər.[12][13] Digər heyvanlardan (məsələn, it) əsas üstünlüyü ondadır ki, pişiklər kitabxanada elə də çox səs-küyə səbəb olmurlar. Bunlardan əlavə, pişiklərin ümumi müstəqil təbiətləri də kitabxananın intellektual mühitinə uyğun gəlir.[14]

  1. Rich, Motoko. "Iowa Library's Cat Has a Rich Second Life as a Biography". The New York Times. 4 April 2007. 14 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  2. 1 2 3 Noriyuki, Duane. "In the Wonderland of Libraries Are Cats Like Alis". Los Angeles Times. 18 February 2002. 12 November 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  3. "The scholar and his cat, Pangur Bán". www.ling.upenn.edu. 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  4. "Cats, get off the page! - Medieval manuscripts blog". blogs.bl.uk. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  5. 1 2 3 Kagamaster, Allie. "History of Library Cats". Cat Fancy. BowTie, Inc. 2 February 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  6. McGrane, Sally. "Russia's Museum Cats". The New Yorker (ingilis). 2012-09-25. 2015-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  7. 1 2 3 4 5 "Wesleyan's Library Cats". Wesleyan College. 2 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  8. Kelley, Michael. "Send Me Your Library Cats". Library Journal. 05. 17 May 2013. 12 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 June 2013.
  9. Korbelik, Jeff (13 November 2012). "What is a cat?" Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine. Lincoln Journal Star. Retrieved 8 August 2013.
  10. Davies, Richard. "A Catalog of Bookstore Cats" Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. AbeBooks. Retrieved 8 August 2013.
  11. Kroski, E. (2014). "A quick guide to library cats Arxivləşdirilib 2018-03-11 at the Wayback Machine". Open Education Database (OEDb). Retrieved 29 March 2015.
  12. Mieszkowski, Katharine. "The love that dare not bark its name". Salon. 12 February 2009. 14 January 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2013.
  13. Black, George. "Made for Each Other". On Earth. 16 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 July 2013.
  14. Roach, John. "How science measures up cats and dogs". NBC News. 29 July 2010. 23 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 July 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]