Kitano

1909-cu ildə tikilmiş Flüger evi.
Kitano küçəsi.

Kitano (北野?) və ya Kitano İcinkan (北野異人館?)Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində tarixi rayon. Meyci dövrünün sonunda və Tayşo dövrünün əvvəllərində gəlmiş xeyli saydakı əcnəbi sakinlərinə görə tanınır. İcinkan (異人館?) terminə Yaponiyada əcnəbilərin məskunlaşdığı əraziləri bildirmək üçün işlədilir. İcinkan rayonları başqa yerlərdə də (məsələn, HakodateNaqasaki) mövcud olsa da, təbii fəalkətlər və müharibələr üzündən qorunub saxlanılmamışdır.[1]

Ərazidəki bir çox tikili memarlığı ilə diqqəti cəlb etdiyindən Kobe şəhərinin əsas turistik bölgələrindən biri hesab olunur.[2]

  1. Igarashi, J. "Kobe Ijinkan," Eye-Ai Arxivləşdirilib 2007-09-28 at the Wayback Machine, January 2002, retrieved February 15, 2007
  2. Fodor's Arxivləşdirilib 2023-07-24 at the Wayback Machine — "Kobe Sights & Activities: Kitano", retrieved February 15, 2007

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]