Klara Zamenhof

Klara Aleksandrovna Zamenhof (qızlıq soyadı Zilbernik; 5 oktyabr 1863, Kaunas, Kovno quberniyası[d], Rusiya imperiyası6 dekabr 1924, Varşava, Polşa) — esperantist, Lüdviq Zamenhofun həyat yoldaşı.

Klara Zamenhof
Doğum tarixi 5 oktyabr 1863(1863-10-05)
Doğum yeri
Vəfat tarixi 6 dekabr 1924(1924-12-06) (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Hepatosellular xərçəng[2]
Dəfn yeri
  • Varşavadakı yəhudi qəbiristanlığı[d]
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti esperantoçu
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kovno (indiki Kaunas, Litva) şəhərində sabun fabrikinin sahibi Aleksandr (Sender Leyboviç) Zilbernikin ailəsində anadan olmuşdur.[3][4]

1886-cı ildə Lüdviq Zamenhof ilə tanış oldu və 1887-ci ildə onlar evləndilər.[5] Onların Adam (1888—1940), Zofiya (1889—1942) və Lidiya (1904—1942) adlı üç uşağı oldu.

O, beynəlxalq dil esperantonu yaratmaq istəyində ər ilə həmfikir idi. O, 10 min rubl dəyərində olan cehizini bağışladı ki, Unua Libro adlı ilk esperanto dərsliyinin nəşr olunmasında əməyi olsun.

Həyatı boyu ərinin köməkçisi, tez-tez şəxsi katib vəzifəsini icra edirdi. L. Zamenhofun vəfatından sonra esperantonun dünyaya yayılması işində aktiv olmağa davam etdi.

1921-ci ildə Konkordo adlı Varşava Esperantistlər Cəmiyyətinin yaradılması təşəbbüsünü irəli sürmüşdür. 1905-1924-cü illər arasında keçirilən bütün Ümumdünya Esperanto Konqreslərində iştirak etmişdir.

  1. 1 2 Tuider B. Die Lingvo Internacia des Dr. Esperanto (alm.). 2017.
  2. http://anno.onb.ac.at/cgi-content/anno?aid=e3k&datum=19250201&ref=anno-search&seite=3.
  3. Wendy Heller. Lidia: la vivo de Lidia Zamenhof, filino de Esperanto. 2007. ISBN 9077066365.
  4. Edmond Privat. Vivo de Zamenhof. 1967.
  5. "Заменгоф, Клара Александровна". http://www.jearc.info/wiki/Заменгоф,_Клара_Александровна. 2019-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-26.