Klarens adası

Klarens adası (ing. Clarence Island) — Cənubi Şetland adaları arxipelaqının ucqar şərində qərarlaşır. Ən yaxın ada Elefant adasıdır. Adanın uzunluğu 12 mil (təqribi 20 km), ən hündür nöqtəsi isə 1924 metr olan İrvinq dağıdır.

Klarens adası
ing. Clarence
Ümumi məlumatlar
Sahəsi
  • 161,6 km²
Uzunluğu
  • 18 km
Eni 8 km
Hündür nöqtəsi 1924 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
61°12′00″ c. e. 54°05′00″ q. u.
Ölkə  Antarktida
Arxipelaq
Klarens adası xəritədə
Klarens adası
Klarens adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada ilk dəfə 4 fevral 1820 ildə Britaniyalı dənizçi Edvard Bransfild tərəfindən kəşf edilmişdir. O, adanın Bulz burnuna çıxaraq adanın ilk gözəyarı xəritəsini tərtib etmişdir. Adanı o zaman şahzadə olan, hersoq Klarensin şərəfinə (IV Vilhelm) adlandırmışdır. Adanı növbəti ildə Birinci Rus Antarktika ekspedisiyası ziyarət etmiş və xəritəsi tərtib olunmuşdur. Ruslar adanı Şişkov adlandlrmışlar Ada Rusiya imperator donanmasını vitse-admiralı Aleksandr Semyonoviç Şişkovun şərəfinə adlandırılmışdır[1].

Adanın ən hündür nöqtəsi olan İrvinq dağı 6 dekabr 1970-ci ildə fəth edilmişdir. 12 dekabr 1976-cı ildən 1977-ci ilin 6 fevral tarixinə qədər tədqiqat işləri aparılmışdır[1]. Növbəti geniş tədqiqat işləri Scotia metamorphic complex ekspedisiyası tərəfindən aparılmışdır[2].

Adanın böyük hissəsini yüksəkliklər tutur ki, onlar da buzla örtülüdür[2]. İqlimi sərindir. Birki örtüyü olduqca zəyifdir. Ərazisində əsasən suitilər yayılmışdır[1].

Adada daimi əhali yoxdur.

  1. 1 2 3 William James Mills. Exploring polar frontiers : a historical encyclopedia. — ABC-CLIO, Inc, 2003. — P. 148. — 844 p. — ISBN 1-57607-422-6.
  2. 1 2 "The Scotia metamorphic complex at Cape Bowles" (PDF) (eng). 2014-01-07 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-19.