Klarkiya

Gözəl klarkiya (C.pulchella) yabanı halda ABŞ-nin qərb hissəsində yayılmışdır. Gülçülükdə 1826-cı ildən istifadə olunur. Bitkinin ilk istifadə edilən növünün çiçəkləri tünd-çəhrayı rəngdədir, mədəni formaları və hibridləri isə müxtəlif rəngləri ilə fərqlənərək çiçəkləri çoxləçəklidir. Kompozisiyalar yaratmaq üçün aşağı hissədə açılmış güllərdən istifadə etmək olar. Klarkiyanı güldana qoymamışdan əvvəl 3-4 saat ərzində soyuq su olan qabda saxlamaq lazımdır. Cavan bitkilər yayın əvvəlində ziyanvericilərlə zədələndiyi üçün toxumları tez əkilməlidir. Bitkilərin alçaqboylu olması və yaxşı budaqlanması üçün cücərtilərin təpə tumurcuğu kəsilməlidir.

Klarkiya
Elmi təsnifat
Beynəlxalq elmi adı

Növləri[redaktə | mənbəni redaktə et]

Məlumat mənbəsi[redaktə | mənbəni redaktə et]

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

İstinadlar[redaktə | mənbəni redaktə et]

Klarkiya:The Plant List saytında takson barədə məlumat. (ing.)