Klaudio Qomeş (23 iyul 2000-ci ildə anadan olub) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Mançester Siti klubunda və Fransa U-18 milli futbol komandasında müdafiəyə meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar Fransa futbolçusudur.[2]
Klaudio Qomeş | |||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
fr. Claudio Gomes | |||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||
Tam adı | Klaudio Qomeş | ||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Arjantey, Fransa | ||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 180[1] | ||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||
Klub | Mançester Siti | ||||||||||||||||||||||||||||||||||||||||||
Nömrəsi | 81 | ||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Qomeş Fransanın Val-d'Uaz regionunun Arjantey şəhərində anadan olmuşdur. O, şəhəri təmsil edən iki yerli klubda oynadıqdan sonra 2011-ci ildə Yevro klubuna transfer olmuşdur. İki il sonra isə Pari Sen-Jermen klubu ilə müqavilə imzalamışdır.[3]
Qomeş futbolçu karyerasında debütünü 18 noyabr 2017-ci ildə Pari Sen-Jermen klubunun əvəzedici komandası ilə etmişdir. O, İzeyur klubuna qarşı oyunda 79-cu dəqiqədə Abdallah Yaysieni əvəz etmişdir. Milli Çempionat 2 (dördüncü liqa) görüşündə PSJ rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir.[4]
25 iyul 2018-ci ildə Qomeş Mançester Siti klubu ilə müqavilə imzalamışdır.[5] O, iyun ayında PSJ klubu ilə müqaviləsi başa çatdıqdan sonra Mançester Siti klubu ilə məşqlərə başlamışdır. Qomeş mövsüm öncəsi hazırlıq mərhələsi üçün ABŞ-yə yollanacaq heyətə daxil edilmişdir. 18 yaşı tamam olduqdan sonra isə onunla müqavilə imzalanmışdır.[6] O, peşəkar karyerasında debütünü 5 avqust 2018-ci ildə Çelsi klubuna qarşı oyunda etmişdir. O, Uembli Stadionunda keçirilən 2018 FA Superkuboku görüşündə Con Stounsu əvəz etmiş və komandası rəqibinə 2-0 hesabı ilə qalib gəlmişdir.[7] O, final fitindən bir saniyə öncə meydana daxil olmuşdur.[8]
Qomeş Fransa millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir. O, 2017 UEFA Avropa U-17 Çempionatında[9] və 2017 FİFA Dünya U-17 Çempionatında[10] millinin kapitanı olmuşdur. Qomeş Xorvatiyada keçirilən çempionatda Fransa U-17 millisinin dörddə bir finalda məğlub olmasına baxmayaraq, Turnirin Komandası heyətinə daxil edilmişdir.[11] Hindistanda keçirilən çempionatda isə Qomeş millinin Yeni Kaledoniya millisinə qarşı ilk oyununda qolla yadda qalmış və millisi rəqibinə 7-1 hesabı ilə qalib gəlmişdir.[12] 2018-ci ilin avqust ayında Qomeş ilk dəfə Sloveniya, Xorvatiya və Hindistan millilərinə qarşı yoldaşlıq oyununda iştirak etmək üçün Fransa U-19 millisinə dəvət almışdır.[13]
Komanda yoldaşları Qomeşə "N'Qolo Kante" ləqəbini veriblər. Qomeş topu almaq uğrunda apardığı mübarizəyə görə Fransa millisinin əsas yarımmüdafiəçisinə çox bənzəyir.[3]
Qomeş Qvineya-Bisaulu futbolçu Amarildo Qomeşin oğludur. O, dizindən aldığı zədədən sonra karyerasını başa vurmuşdur. Bu vaxta qədər isə Bove və Renn klublarında çıxış etmişdir.[3][14][15] 2017-ci ildən onun iki kiçik qardaşı Le Havr və Yevro klublarında çıxış edir.[3] Le Parisien tərəfindən futbolçunun 2016-cı il profilində göstərilir ki, onun tarixə, xüsusilə Böyük Fransa inqilabına qarşı çox böyük marağı var.[14]
Klub | Mövsüm | Liqa | Ölkə Kuboku | Liqa Kuboku | Avropa | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Pari Sen-Jermen B | 2017–18[16] | National 2 | 1 | 0 | — | — | — | — | 1 | 0 | ||||
Mançester Siti | 2018–19[17] | Premyer Liqa | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1[a] | 0 | 1 | 0 |
Ümumi karyera | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | 2 | 0 |