Klaus Hayssler (alm. Klaus Heißler) — Amerikan ata! televiziya serialında personaj. Klaus — Smit ailəsində yaşayan və danışa bilən qızıl balıqdır. Personajı Di Bredli Beyker səsləndirib.
Klaus | |
---|---|
Klaus Heißler | |
Yaradan | Set Makfarleyn |
Əsər | Amerikan ata! |
Canlandıran | Di Bredli Beyker |
Məlumat | |
Cinsi | Kişi |
Yaşı | 70 |
Boyu | 5-9 sm (balıq halında) |
Milliyyəti |
alman |
Dini inancı | naməlum |
Siyasi baxışı | Eks-kommunist |
Klaus şərgi Almaniyanın xizəklə tramplindən tullanma üzrə idmançısı idi. Mərkəzi Kəşfiyyat İdarəsi kommunistik ölkənin idmançısının Olimpiya oyunlarında qələbə qazanmasına yol verə bilməzdilər. Buna görə də onlar Klausun beynini (daha doğrusu beyin dalğalarını) qızıl balığın bədəninə köçürdülər. Onun əsl bədəni isə oyun vaxtı soyuq su hövzəsində batdı. Klaus komfortla Smitlərin evində məskunlaşır və ailənin tamhüquqlu üzvünə çevrilir, bunun üçün də o tez-tez öz şəxsi mövqeyi irəli sürməyə çalışır. Klausun tənəffüs sistemi sirr olaraq qalır. O uzun müddət həm suda, həm də quruda qala bilir. Bir çox epizodlarda göstərildiyi kimi, o yarıya qədər su ilə doldurulmuş kiçik çən vasitəsi ilə evdə qəzişə bilir (üzgəclərinin köməyi ilə). Klaus yaşadığı akvarium suyunun keyfiyyətinə çox dözümlüdür. Sadə balıqlar su kranından doldurulan akvariumda ölürlər, lakin Klaus əksinə, o hətta paltaryuyan maşında, kofe termosunda yaşaya bilir. Klausun səsi slovak aktyoru Piter Lorreyə bənzədilib.
Klaus hiperseksual, emosional cəhətdən isə dəlisovdur. O daim Fransini əldə etməyə çalışır. Bütün günü öz seksual fantaziyaları haqqda danışır, bu fantaziyaların bir çoxu sadizm elementləriylədi. Smit ailəsi hansısa ciddi bir sualı müzakirə edərkən, Klaus ancaq seksual yönəmli ifadələri əlavə edir. "Finances With Wolves" epizodunda Klaus qızıl balıq bədənini qaradərili adamın bədəni ilə dəyişir. Yenidən insana çevriləndən sonra, o az qala Fransinlə evdən qaçırdı. Lakin ticarət mərkəzində onun üstünə sütun düşür. Bundan sonra onun beyni yenidən qızıl balığın bədəninə köçürülür.
Amerikan ata! serialının almandilli versiyasında, Klaus sakson dialektində danışır, bu Şərgi Almaniyada yaşayanlar üçün tipik dialekt formasıdır. Klausun obrazı ADR-in Dövlət Təhlükəsizlik Nazirliyi, yəni Ştazini xatırladır.