Giriş qurğusu (en. input device ~ ru. устройство ввода ~ tr. giriş aygıtı) – verilənləri və / və ya komandaları kompüterə daxil etmək üçün qurğu, çox zaman klaviatura və siçan.
Bu qurğular daxil edilən informasiyanı rəqəmli formaya çevirir ki, sonradan onu kompüterdə emal etmək və saxlamaq mümkün olsun [1].
Qrafik verilənləri daxil etmək üçün qrafik planşetlərdən, oyunlarda isə coystiklərdən istifadə olunur. Fotoqrafiyalar və şəkillər skanerlər vasitəsilə daxil edilir, skanerdə daranmış mətnlər isə OCR vasitələrinin köməyilə fayla çevrilir. Getdikcə nitqin mikrofon vasitəsilə daxil edilməsi populyarlaşır. Cib kompüterlərində, adətən, stilus (qələm) vasitəsilə daxiletmədən və əlyazısının tanınması vasitələrindən istifadə olunur. Ağır istismar şəraitində çox zaman sensor ekranlar tətbiq edilir. Müxtəlif növ diskret və analoq sensorlar giriş qurğuları ola bilər. Jestlərin tanınması, istifadəçinin baş hərəkətinin və baxışının istiqamətinin izlənməsi qurğuları işlənib hazırlanır.