Klayv Sinkler

Klayv Marlz Sinkler (ing. Sir Clive Marles Sinclair; 30 iyul 1940[1][2], Riçmond[d], Böyük London[4]16 sentyabr 2021[3], London[3]) — "ZX Spectrum" mikrokompyuterini istehsal etməklə dünya kompüteri tarixinə düşən şəxslərdən biri kimi tanınır.

Klayv Sinkler
ing. Clive Sinclair
Doğum tarixi 30 iyul 1940(1940-07-30)[1][2]
Doğum yeri
Vəfat tarixi 16 sentyabr 2021(2021-09-16)[3] (81 yaşında)
Vəfat yeri
Uşağı 3
Fəaliyyəti sahibkar, mühəndis, ixtiraçı, informatik
Fəaliyyət illəri 1961–2021
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

K.Sinkler 30 iyul 1940-cı ildə Londonun şəhərətrafında, Riçmond yaxınlığında dünyaya gəlib.

Klayv məktəb illərindən müxtəlif növ texnikaya və ixtiraçılığa böyük maraq göstərməyə başlayıb. Klayv məktəbi bitirdikdən sonra universitetə daxil olmamağa və şəxsi şirkətinin əsasını qurmağa qərar verir. O, həmin dövrdə radioelektronika ilə ciddi maraqlanırdı, artıq 1958-ci ildə kifayət qədər kiçik və ucuz yeni tip radioqəbuledicinin ən sadə sxemini hazırlayır.

Sonrakı bir neçə il ərzində Sinkler öz biznesini qurmaq məqsədilə start kapitalı qazanmaq üçün radio mövzusunda məqalələrin yazılışı və müxtəlif nəşrlərinin redaktəsi ilə məşğul olur.

Arzusunda olduğu şirkət

[redaktə | mənbəni redaktə et]
Gənc ixtiraçılarla görüş, Bristol, İngiltərə, 1992-ci il.

1961-ci ildə, doğum günündə, 30 iyulda Kembricdə Sinclair Radionics adlı şirkət qeydiyyatdan keçirir. Bu halda Sinkler jurnalist işləməyə davam edirdi və redaktə etdiyi nəşrlərdə öz məhsulunun reklamını dərc etmək imkanından var gücü ilə istifadə edirdi.

Tezliklə onun şəxsi hazırlamaları meydana çıxmağa başladı: əvvəlcə tranzistor mikrogücləndiricisi, sonra 70×41×16 millimetr ölçülü cib radioqəbuledicisi.

Məhz Sinklerin bu son modeli daim təkmilləşdirirdi, buna görə də 1967-ci ildə haqlı olaraq "radio dünyasında ən kiçik" adlandırılmış "Sinclair Micromatic"i işıq üzü gördü: bu, kibrit qutusundan kiçik ölçüyə malik, plastik korpusla və alüminium qabaq paneli ilə təchiz edilmişdi.

Nəhayət şirkət gəliri gətirməyə başladı, Sinkler öz məhsullarının çeşidinin genişləndirməklə məşğul olurdu.

Sinklerin yanaşması

[redaktə | mənbəni redaktə et]

Sinkler məhsulları istehsal edərkən əsas iki məsələ diqqət yetirirdi: minimal ölçülər və minimal qiymət.

O, 1972-ci ildə Executive adlandırılan cib kalkulyatorunu istehsal etdi. Bu kalkulyatorun dəyəri cəmi 100 dollar təşkil edirdi. K. Sinkler 1977-ci ildə yaponları qabaqlayaraq ikidüymlük ELT ekrana malik, 10×6,5×5 ölçülü dünyada ilk daşınabilən televizoru təqdim edir. Micro-vision adlanan məhsul 300 dollara satılırdı.

İlk həqiqi ev kompyuterinin istehsalı

[redaktə | mənbəni redaktə et]

Öz ixtiralarının satışından alınmış pulla Sinkler yeni firma – "Sinclair Research"ı qurmağa qərar verir. Firmanı 1979-cu ilin iyununda qeydiyyatdan keçirir, on ay sonra 100 funt sterlinq dəyərində olan ZX 80 kompüterini istehsal edir. Münasib qiymət sayəsində o, böyük böyük uğur qazanmağa başlayır.

Sinkler bu məhsulun satışını təkcə Böyük Britaniyada təşkil etməmişdi. Belə ki, yarım il sonra Fransada 100 min ZX 80 satılmışdı. 1981-ci ilin martında ZX 81 — ilk həqiqi ev kompüterinin istehsalı başlandı. Qiyməti (60 funt sterlinq) sayəsində bütün arzu edənlər üçün əlçatan idi. Məişət televizoruna qoşulurdu, daimi yaddaş qurğusu 8 Kilobayt, əməli yaddaş qurğusu — 10 kilobayt (16 Kilobayta qədər genişlənmə imkanı ilə) həcmə malik idi.

Sinklerin daha da uğurlu dövrü başladı: Amerika firması Timex bütün onun hazırlamalarının istehsalına lisenziya aldı, Mitsui şirkəti Yaponiyada ZX 81-in yayılmasına müstəsna hüquqlar əldə etdi. Bundan əlavə, Britaniya kitab satışı şəbəkəsi vasitəsilə kompüterlərin reallaşdırması haqqında müqavilə qətiyyətli sıçrayış oldu.

"ZX Spectrum" erası

[redaktə | mənbəni redaktə et]
"ZX Spectrum" (1982)

1982-ci ilin iyununda ZX Spectrum erası başlandı. Sinkler onun öz aralarında əməli yaddaş həcminə görə fərqlənən iki modelini hazırlayır: ZX Spectrum (əməli yaddaş qurğusu — 16 Kilobayt) və ZX Spectrum (əməli yaddaş qurğusu — 48 Kilobayt). Ekran rəngli oldu, daimi yaddaş qurğusunun həcmi 16 Kilobayta qədər artdı, həm də inteqrasiya edilmiş sistemin imkanları genişləndirildi. ZX Spectrum məşhurluğu bütün gözləntiləri üstələdi: həftədə 15 min kompüterə qədər satılırdı. "ZX Spectrum"u dünyanın 30-dan artıq ölkəsində daha çox alırdılar. Əvvəlcə bu qurğunun proqramlaşdırma təlimi üçün istifadə olunacağını güman edirdilər. Ancaq proqram təminatının hazırlanmasında ixtisaslaşmış firmalar bu maşının imkanlarını tez qiymətləndirdi. Onun üçün yalnız proqramlaşdırma dillərinin translyatorları və tədris proqramları deyil, həm də videooyunlar buraxmağa başladılar. Bir növ müsbət əks əlaqə alındı: "Spectrum" nə qədər yaxşı satılırdı, onun üçün bir o qədər daha aktiv proqramlar yazılırdı və nə qədər yüksək keyfiyyətli proqramlar meydana çıxırdı, o qədər yuxarı kompüterə tələbat olurdu.

Kompüter periferiyası hazırlayan firmalar ZX Spectrum üçün disk sistemləri, coystiklər, printerlər hazırlayırdılar. Bununla yanaşı, Sinklerin məhsuluna həsr edilmiş "Sinclair User", "Your Sinclair" və "Your Spectrum" nəşrləri yayılırdı.

Uğur Sinkleri tərk edir

[redaktə | mənbəni redaktə et]

1984-cü ilin aprelində Klayv Sinkler bazara tamamilə yeni kompüter – "Sinclair QL" buraxır. Bu model Amerika IBM PC-in ucuz alternativi oldu və olduqca yüksək xarakteristikaya malik idi: 32 dərəcəli prosessor, əməli yaddaş qurğusu 4 Meqabayta qədər genişlənmə imkanı ilə 128 Kilobayt həcmli, yaxşı qrafika və səs.

Lakin nisbətən yüksək qiymət kütləvi istifadəçiləri bir qədər məyus etdi. Proqram təminatı istehsal edən firmalar yeni modeli dəstəkləmədilər. Hərçənd, bir çox mütəxəssislərin fikrincə, Sinclair QL indiyə kimi ən yaxşı ev kompüteri olaraq qalır və onun yaradılması vaxtı qoyulmuş konsepsiyalar bir neçə il sonra bu növ kompüterlərdə reallaşdırılırdılar.

Bununla belə, Sinkler yeni versiyaları — ZX Spectrum Plus və ZX Spectrum 128 (1985-ci il) buraxmağa davam edirdi. Amma əslində o, tamamilə başqa ideya -ucuz elektrik maşınının hazırlanması üzərində çalışırdı. 1985-ci ildə Sinclair Research firması C 5 hazırlamasını buraxmağa başladı. Amma bu dəfə uğur ixtiraçını tamamilə tərk etdi. Məhsula xərclənmiş pul gözlənilən gəliri gətirmədi. Sinkler yaxşı sahibkar olmağı bacarmadı.

Kompüter sənayesində karyerasının sonu

[redaktə | mənbəni redaktə et]

Bir il sonra "Sinclair Research"ın bütün məhsullarının hüquqlarını Amstrad firmasına satmaq zərurəti yarandı. Amstrad firmasının sahibi Alan Şuqer yalnız Spectrum-un iki modelini buraxdı: İnteqrasiya edilmiş maqnitofonla (1986-cı ilin avqustu) ZX Spectrum +2 və inteqrasiya edilmiş 3 düymlük diskdaxilediciyə malik (1987-ci ilin fevralı) ZX Spectrum +3. 1990-cı ildə firma "ZX Spectrum +3"ün istehsalını dayandırdı, amma "ZX Spectrum +2"ni kiçik partiyalarla buraxmağa davam edirdi.

Beləliklə, 1986-cı ilin aprelində Sinkler kompüter sənayesində karyerasını bitirir.

Məlumat üçün bildirək ki, Sinkler 2006-cı ildə A-Bike adlı bükülən velosiped modelini təqdim edib. Dəyəri 299 funt olan modelin çəkisi 5,5 kq təşkil edir, 10 saniyə ərzində formalaşır.

"Kral Ordeni Cəngavəri"

[redaktə | mənbəni redaktə et]

1983-cü ilin iyununda Marqaret Tetçerin xahişi ilə Böyük Britaniya kraliçası Klayv Sinkleri "Kral Ordeni Cəngavəri" zadəgan rütbəsi ilə mükafatlandırıb.

Britaniyada fərdi kompüterlər sənayesinin formalaşması və Sinkler haqqında çəkilən Micro Men bədii filmində onun fəaliyyəti geniş şəkildə işıqlandırılıb.

  • Adamson, Ian; Kennedy, Richard (1986). Sinclair and the "Sunrise" Technology. London: Penguin Books. 224 pp. ISBN 0-14-008774-5.
  • Dale, Rodney (1985). The Sinclair Story. London: Duckworth. ISBN 0-7156-1901-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]