Klimatoterapiya

İqlim müalicəsi[1] və ya klimatoterapiya[2] — müalicə və profilaktika məqsədi ilə iqlim amillərindən istifadə. Xarici iqlim şəraiti və yerli iqlimin xüsusiyyətləri tibbi klimatologiyada və patoloji fiziologiyada istifadə olunur. Klimatoterapiyada relyefin yeri, hündürlük, havanın temperaturu, atmosfer təzyiqi, küləyin gücü, küləyin istiqaməti, buludluluq, günəş radiasiyasının sıxlığı, landşaft xüsusiyyətləri mühüm əhəmiyyət kəsb edir. Klimatoterapiya həm xəstə üçün adi iqlim şəraitində (ölkə kurortlarında, istirahət evlərində, yerli klinikalarda), həm də xüsusi iqlim klinikalarında həyata keçirilə bilər. Dağ iqlimi tənəffüs və damar sistemlərinə güclü təsir göstərir, maddələr mübadiləsini stimullaşdırır. Səhra iqlimi vərəm xəstəliyini müalicə etmək üçün istifadə edilə bilər, yarımsəhra iqlimi isə böyrək xəstəliklərinə faydalı təsir göstərir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Аеротерапија // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев . 1976. С. 129.
  2. "Klimatoterapiya". Gəlin sağlam olaq (5). 2008. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 noyabr 2021.
  3. Կլիմայաբուժություն // Ermənistan Sovet Ensiklopediyası (erməni). 5. səh. 479. 2021-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-27.