Klint Hokinq

Klint Hokinq (ing. Clint Hocking) — Kanada videooyun rejissoru və geymdizayneri. O, ilk vaxtlarda "Ubisoft" üçün işləmiş, 2002-ci ildə "Tom Clancy's Splinter Cell" videooyunu üçün skriptlər yazmışdır. Hokinq 2005-ci ildə satışa çıxarılmış, tənqid və kommersiya baxımdan bir uğur olan "Tom Clancy's Splinter Cell: Chaos Theory" videooyununun rejissorluğunu öz boynuna aldıqdan sonra görkəmlilik qazanmışdır. O, daha sonra 2008-ci ildə satışa çıxarılmış, həm tənqidçilər, həm də ki oyunçular tərəfindən müsbət qarşılanmış "Far Cry 2" videooyununun rejissoru olmuşdur. Hokinq 2010-cu ildə "Ubisoft Montreal" studiyasını tərk etmişdir. Buna səbəb şəraitin Hokinq üçün çox rahat olması və geymdizaynerin yeni təcrübələr qazanmaq istəməsidir.

Klint Hokinq
Doğum tarixi 18 sentyabr 1972(1972-09-18) (51 yaş)
Uşağı 1[1]
Təhsili
Fəaliyyəti video oyun prodüseri[d], video oyun rejissoru[d], video oyun dizayneri[d], video oyun tərtibatçısı[d]
Fəaliyyət illəri 2001-ci ildən
clicknothing.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hokinq üç ay sonra ABŞ-dakı "LucasArts" şirkətinə qoşulmuşdur, anons edilməmiş bir layihənin yaradıcı rejissoru olmuşdur. O, iki il sonra şirkəti tərk etmiş və üzərində işləyi oyun satışa çıxarılmamışdır. Hokinq çox keçməmiş "Valve" şirkətinə qoşulmuşdur, ancaq iki il sonra heç bir videooyun satışa çıxarmadan şirkəti tərk etmişdir. Bir neçə ay sonra "Amazon Game Studios" Hokinqi müəyyən edilməmiş bir layihənin baş geymdizayneri olaraq işə alır. O, şirkəti bir il sonra tərk edir və yenə də heç bir videooyun satışa çıxarmır. Hokinq "Ubisoft" şirkətinə, ancaq bu dəfə onların "Toronto" studiyasına qayıdır. Çox keçməmiş "Watch Dogs: Legion" videooyununun istehsalına start verilir və Hokinq oyunun yaradıcı rejissoru təyin edilir.

Klint Hokinq karyerası boyunca videooyun jurnalı olan "Edge" üçün aylıq köşə yazıları yazmış və sənayedə populyar olan ludonarativ dissonans termini yaratmışdır.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Klint Hokinq Kanada vətəndaşıdır. O, evlilidir və bir oğlu var.

İl Başlıq Rol(lar) İst.
2002 Tom Clancy's Splinter Cell Geymdizayner, skript yazıçısı, səviyyə dizayneri [2][3]
2005 Tom Clancy's Splinter Cell: Chaos Theory Yaradıcı rejissor, skript yazıçısı, baş səviyyə dizayneri [4]
2008 Far Cry 2 Yaradıcı rejissor [5]
2020 Watch Dogs: Legion [6]

Film və televiziya

[redaktə | mənbəni redaktə et]
İl Başlıq Rol Qeyd İst.
2011 Oyunçulərin ürəyi – Yaponiya Özü Sənədli film [7]
  1. https://www.eurogamer.net/articles/2012-07-12-valve-hires-far-cry-2-splinter-cell-vip-clint-hocking.
  2. "Ex-Far Cry 2 director Clint Hocking leaves Valve". MCV/Develop. Biz Media. 6 January 2014. 11 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 January 2020.
  3. "Dark Futures: Clint Hocking". Rock, Paper, Shotgun. Gamer Network. 14 December 2014. 29 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2020.
  4. Maguid, Youssef. "Watch Dogs: Legion's Clint Hocking Discusses Creative Direction, Personal Growth, and Game Leaks". Ubisoft News. Ubisoft. 25 July 2019. 12 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2020.
  5. Reynolds, Matthew. "Far Cry 2 creative director Clint Hocking leaves Valve". Digital Spy. Hearst Communications. 6 January 2014. 1 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2020.
  6. Purslow, Matt. "Watch Dogs Legion's Director on Brexit, Politics, and Ubisoft - E3 2019". IGN. Ziff Davis. 10 June 2019. 2 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2020.
  7. "Gamers Heart Japan". YouTube. Uploaded by GameSpot which is published by CBS Interactive. 3 April 2011. 21 July 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2020.