Klint Mensell (ing. Clint Mansell, tam adı Klinton Derril Mensell, d. 7 yanvar 1963, Koventri, İngiltərə) — vokalist və Pop Will Eat Itself qrupunun gitaraçısı olmuş Britaniyalı musiqiçi və bəstəkar. Darren Aronofski və Dankana Consun filmlərinin musiqi müəllifi.
Klint Mensell | |
---|---|
Clint Mansell | |
Ümumi məlumatlar | |
Doğum adı | Klinton Derril Mensell |
Doğum tarixi | 7 yanvar 1963[1] (61 yaş) |
Doğum yeri | Koventri, İngiltərə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Bəstəkar, Gitarist, Vokalist |
Fəaliyyət illəri | 1981 - indiyədək |
Janrlar |
Film musiqiləri Alternativ rok Elektronik musiqi |
Musiqi aləti | klavişli alət[d] |
iamclintmansell.com |
Mensell yaradıcılıq fəaliyyətinə Britaniya qrupu Pop Will Eat Itselfin solisti kimi başlamışdır. O həmçinin Nine Inch Nails qrupunun dəvəti ilə The Fragile albomunun yazılmasında iştirak edir.
1996-cı ildə Pop Will Eat Itself qrupunun dağılmasından sonra öz dostu, o vaxt elə də tanınmayan rejissor Darren Aronofskinin debüt filmi olan Pi üçün musiqi yazmaq təklifini alır. Filmin müvəffəqiyyətinə baxmayaraq, Mensellin musiqisi filmin izləyiciləri və film tənqidçiləri tərəfindən arxa planda qaldı.
Darren Aronofskinin ikinci filmi Requiem for a dream üçün də musiqi işi Mensellə həvalə edildi. Həmçinin Mensell pilotlardan bəhs edən serial C.S.I.: Cinayət yeri Nyu-York və Dankana Consun debüt filmi olan Ay 2112 filmi üçün də musiqilər yazmışdır.
Orkestrlə və xor ansamblıyla yenidən yazılmış Lux Aeterna kompozisiyasının versiyası Üzüklərin hökmdarı: İki qala filminin treylerində istifadə edilmişdi.