Klitarx

Klitarx (yun. Κλείταρχος; IV əsr e.ə.) qədim yunan tarixçisi; Dinonun[2] oğlu Kolofondan.[3]

Klitarx
Doğum tarixi e. ə. IV əsr
Doğum yeri
Vəfat tarixi e. ə. III əsr
Atası Dinon[d][1]

Klitarx, Makedoniyalı İsgəndər haqqında yazan mühüm tarixçilərdən biridir. Ola bilər ki, Klitarx əslən Misirli idi, və ya ən azından Ptolemey Lagusun[4] sarayında uzun müddət yaşamışdı. Kvintilian[5] onun yazı bacarığının yüksək olduğunu qəbul etsə də, məlumatlarının etibarlılığına şübhə edir. Siseron da onu Femistoklun ölümünü saxtalaşdırılmış şəkildə təqdim etməkdə ittiham edir. Bununla yanaşı, Klitarxın əsərlərinin geniş şəkildə istifadə edildiyi məlumdur və Siciliyalı Diodor, Kuintus Kurtius Rufus, Yustin, Plutarx kimi tarixçilər, eləcə də İskəndər haqqında romantik əsərlərin müəllifləri onun mənbələrinə müraciət ediblər. Klitarxın əsərlərində istifadə etdiyi şişirdilmiş və qeyri-təbii üslub zamanla atalar sözü olaraq tanınmışdır.[6]

Klitarxın həyatı haqqında demək olar ki, heç nə məlum deyil. Onun Makedoniyalı İskəndərin yürüşündə iştirak etdiyinə dair bir fərziyyə var.[7]

  1. autori vari Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1929.
  2. qədim yunan tarixçisi
  3. "Cleitarchus". Encyclopædia Britannica. 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 07-10-2024.
  4. Lagus — makedoniyalı saray xadimi və Ptolemeylər sülaləsinin banisi Ptolemeyin atası idi.
  5. Orta əsr ritorika məktəblərində və İntibah yazılarında geniş istinad edilən, Hispaniyada anadan olmuş Romalı pedaqoq və ritorik idi.
  6. "КЛИТАРХ". Словарь античных историков.
  7. "КЛИТА́РХ, Cli­tar­chus, Κλεί­ταρ­χος,". Ф. Любкер. Реальный словарь классических древностей. 2023-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7-10-2024.