Femistokl (Themistokles; e.ə 525-460-cı illər) — Yunan-İran müharibələri(e.ə 500-449) dövrünün Afina dövlət xadimi və sərkərdəsi. E.ə 493/492-ci illərdə dəfələrlə ali arxont-polemarx (hakim) və strateq vəzifələrini yerinə yetirib. Quldarlıq demokratiyası tərəfdarı. Onun e.ə 487-486-cı illər islahatları Afina dövlət quruluşunun sonrakı demokratikləşdirilməsinə(arxontları püşklə seçilməsi, atlılar zümrəsinə bu vəzifəni tutmaq imkanının yaradılması)xidmət edirdi. Ticari-sənətkar çevrələrinin marağını ifadə edən dəniz partiyasının tərəfdarı idi. Femistokl Afinanı dəniz dövlətinə çevirməyə çalışırdı: Pirey limanını möhkəmləndirdi; 200 triyeradan ibarət hərbi donanma yaratdı; döyüşçülərin hazırlığına, silahların tətbiqi, taran zərbələrinin endirilməsi, abordaj döyüşünün aparılmasına və s. xüsusi önəm verirdi. E.ə 478/477-ci illər Egey dənizi sahillərində yerləşən şəhər-dövlətlərin, sonradan İran-Yunan müharibəsində böyük önəmi olacaq, Delos ittifaqının yaradılmasının təşəbbüskarı idi, və onları bir sıra döyüşdə məğıub etmişdi. Bu qələbələrin nəticəsində Afina yunan dövlətlərinin siyasi və iqtisadi həyatında mühüm rol oynamağa başladı. E.ə 471-ci ildə Afinada siyasi mübarizədə Spartanın dəstəklədiyi aristokratik partiya qələbə çaldı. Femistokl farslarla və spartalı sərkərdə Pavsani ilə əlaqədə suçlandı və Afinadan qovuldu. Uzun keşməkeşlərdən sonra, fars şahının yanına qaçır və ondan Kiçik Asiyanın bir sıra şəhərini idarəçiliyə götürür. Onlardan birində - Maqneziyada ölür.
Femistokl | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | e.ə. 524 |
Doğum yeri | |
Vəfat tarixi | e.ə. 459 |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Qədim Afina |
Rütbəsi | strateq |
Döyüşlər | |
Vikianbarda əlaqəli mediafayllar |