Kluxor aşırımı | |
43°14′39″ şm. e. 41°52′01″ ş. u.HGYO | |
Hündürlüyü | 2.781 m |
Ölkələr | Rusiya Gürcüstan |
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir.[1] Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı.
Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir[2]. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
1942-ci ilin avqustunda keçidin yəhər hissəsini 394-cü atıcı diviziyasının 85-ci atıcı alayının 1-ci batalyonu müdafiə edirdi. 15 avqust 1942-ci ildə Kluxor aşırımını alman-faşıstlərin 1-ci «Edelveys» Dağ Piyada Diviziyasının bölmələri ələ keçirdilər. Nəticədə almanlar Hərbi Suxumi yolu boyu xeyli irəlləməyə nail oldular. Aşırımdan hərbi əməliyyatlar 21 oktyabara kimi davam etdi. Ancaq almanlar aşırımın cənub yamaclarında əlverişli mövqe əldə edə bilmədilər. Stalinqrad ətrafında almanların 6-cı ordusu mühasirəyə düşdükdən sonra alman hərbi birləşmələri Şimali Qafqazı tərk etməyə başladı. 1943-cü ilin yanvarında aşırım faşistlərdən tamamilə azad olundu[1]
1992-1993-cü illərdə baş verən Abxaziya müharibəsi zamanı Hərbi Suxumi yolu tamamilə bağlanıldı.
Aşırım ərazisində yüksək dağ iqlimi hakimdir. Rütubətlik yüksək və soyuqdur. Yanvar ayının orta temperaturu −5,2 °C, iyul ayının orta temperaturu isə +13,3 °C-dir. Orta illik temperatur + 3,9 °C-dir. Ən çox yağıntı oktyabr ayında düşür - 220 mm. Ən az yağıntı fevral ayına təsadüf edir - 113 mm. Yağıntıların illik miqdarı 1845 mm-dir.[3]
Kluxor aşırımında, Teberda çayının yuxarı axarlarında Kluxor siçanı geniş yayılıb[4] — (lat. Sicista kluchorica). Bu balaca siçan adı siçanlardan fərqli olaraq başqa növə daxildir[5].
Ərazidə cil bitkisinin xüsusi növü yetişir — (lat. Carex oreophila)
Tanınmış gürcü rəssamı Elena Axvledianinin «L.P.Beriya Kluxor aşırımında Qafqazın müdafiəsini təşkil edir» [6] əsərində Kluxor aşırımı təsvir olunub.