Knin (xorv. Knin) — Xorvatiyanın Şibenik-Knin qraflığında, Dalmatiya diyarnın iç bölgəsində yerləşən şəhər. Şəhər Krka çayının mənbəyinin yaxınlığında olub Zaqreb ilə Split arasındakı qovşağın və dəmiryol xətləri üzərindədir. Knin şəhərinin əhəmiyyəti tarixdə iki dəfə artmışdır. Həm orta əsrlərin Xorvatiya Krallığının, həm də XX əsrin sonunda Krayina Serb Respublikasının paytaxtı olmuşdur.
Şəhər | |
Knin | |
---|---|
Knin | |
44°02′ şm. e. 16°11′ ş. u.HGYO | |
Ölkə | Xorvatiya |
Region | Şibenik-Knin |
Mayor | Yosipa Rimaç |
Tarixi və coğrafiyası | |
Sahəsi | 355 km² |
Mərkəzin hündürlüyü | 214 m |
Saat qurşağı | UTC+1 , yayda UTC+2 |
Əhalisi | |
Əhalisi | 10.633 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 022 |
Poçt indeksi | 22300 |
Nəqliyyat kodu | 022 |
Digər | |
knin.hr (xorv.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Orta əsrlərdə şəhər macarca Tinin, italyanca Tenin, latınca Tinum adlanmışdır. Tinum sözü indi də bir yepiskop titulu adı kimi işlənməkdədir.
Knin şəhəri Dalmatiya diyarında yerləşmiş olub sahil şəhəri Şibenikdən 56 km uzaqlıqdadır.
Şəhərin yaxınlığında Knin meşəsi, Krka çayı, Dinar Alp dağları yerləşir.
İl[1] | 1880 | 1890 | 1900 | 1910 | 1948 | 1953 | 1961 | 1971 | 1981 | 1991 | 2001 | 2011 |
Xorvatlar | 15.1% | 14.5% | 14.3% | 14.4% | 14.6% | 14.5% | 15.3% | 15.2% | 11.3% | 10.3% | 76.5% | 75.4% |
Serblər | 82.3% | 84.5% | 83.5% | 84.2% | 84.7% | 84.1% | 82.1% | 80.7% | 72.8% | 85.5% | 20.8% | 23.0% |
Digərləri | 2.6% | 1% | 2.2% | 1.5% | 0.7% | 1.5% | 2.6% | 4.1% | 15.9% | 4.2% | 2.7% | 1.6% |
Şəhərin başlıca futbol klubu 1913-cü ildə qurulmuş "Dinara" FK-dır. 2005-ci ilə qədər klubun rəngləri qara-ağ idi, lakin daha sonra qırmızı, ağ və göy etmişdir. Xorvatiyanın 4-cü divizyonunda oynamaqdadır. Klubun loqosu ortada dayanan "D" hərfindən, qırmızı, ağ və göy rənglərdən ibarətdir.
Şəhərin 1998-ci ildə qurulmuş idman assosasiyası da vardır. Basketbol da populyardır. Xorvatiya milli basketbol komandası bir dəfə Knində oyun keçirmişdir. Həmin oyun 1999-cu ildə İsrail milli basketbol komandasına qarşı baş tutmuş və Xorvatiya 78:68 hesabı ilə qələbə çalmışdır. Digər populyar idman növləri taekvondo, reqbi, voleybol, karate, həndbol, tennisdir.
knin.hr — Rəsmi saytı