Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Knin qalası ( hr. Kninska tvrđava) -Xorvatiyada ən yüksək dağın (Dinara) və Krka çayı mənbəyinin yaxınlığında yerləşir. Xorvatiyada ikinci ən böyük və ən mühüm müdafiə qalasıdır. Qala 9-cu əsrdə tikilmiş, hazırkı vəziyyəti 17-ci və 18-ci əsrlərdə formalaşdırılmışdır.[1] 1076-cı ildən, Xorvatiyanın Kralı Demetrius Zvonimirin hakimiyyəti dövründə başçılıq etdiyi Xorvatiya Krallığının siyasi mərkəzi kimi xidmət etdiyi dövrdə zirvəyə yüksəldi.[2]
Dalmatiadan Xorvatiya və Bosniyaya qədər gedən əsas nəqliyyat dəhlizində yerləşir. Knin qalası, dağın ətəklərində olduqca erkən formalaşmış Xorvatiyanın Knin şəhərindən 100 metr (328 fut) yüksəklikdə, Spas dağının üstündə yerləşir. Arxeoloji qazıntılar bu ərazidə məskunlaşmanın 6-cı əsrə aid olduğunu göstərir. Dənizdən 345 metr (1,132 fut) yüksəklikdə yerləşib, 470 metr (1540 fut) uzunluqda və 110 metr (361 fut) genişlikdədir. Tikinti materialının əskik olması səbəbindən binanın orijinal görünüşü tamamilə məlum deyil. tikinti yüksək divarlarla əhatə olunmuşdur. Qala üç hissədən ibarətdir: şimal, orta və cənub. Qala hər bir hissəsi boşluqlar və silah çuxurları ilə qorunur və şəhərin qapıları və qaldırılan körpüləri ilə digər hissələrə qoşulur. Son araşdırmalara görə, şimal hissəsinin formalaşması 8-ci əsrin ortalarından XI əsrin axırına qədər davam etmişdir. Qalanın qapıları palıd ağacından olub dəmir barmaqlıqlarla möhkəmləndirilmişdir. Əsas giriş darvazası isə Barokko arxitekturalı dəmir qapılardan ibarətdir. Şimal hissəsinin, sol tərəfində, qubernatorun binası var idi; bu gün köhnə şəhər binasıdır. St. Barbara Kilsəsində zəng saxlanılır – hansı ki, 1994-cü ildə, II İohann Pavelin Knin'de qaldığı zaman tərəfindən hədiyyə edilmişdir.
Xorvatlar bu qalanı, viran qalmış Roman qəsəbəsində məskunladıqdan sonra inşa etməyə başladılar. Qala sahibləri daima qala dizaynını yaxşılaşdırdılar ki, bu zamanın müdafiə ehtiyaclarına uyğun gəlsin. Qalada bir neçə mərasim salonu və Xorvat hökmdarlarının sarayı var idi. Qala 14-cü əsrdə kiçik və böyük bir şəhərə bölündü.Kiçik şəhər əsasən müdafiə məqsədləri üçün istifadə edilirdi və böyük şəhərlərdə isə evlər tikilmişdi ki burada qubernatorlar, yepiskoplar qalırdı. Qalanın ən qədim sahəsi şimal tərəfində yuxarı şəhərdir, orta və aşağı şəhərlər isə Orta əsrlərdə tikilmişdir.[3] XV əsrdə, Osmanlı İmperiyasının Avropaya yönləndiyi bir dövrdə, qala girişinin möhkəmləndirilməsi üçün əlavə bir sıra müdafiə divarları qurulmuşdur. 1522-ci ilin mayında Osmanlı qüvvələri Knin qalasını mühasirəyə aldı və bu döyüş 29 may 1522-ci ildə Osmanlıların qələbəsi ilə sona çatdı.