Knipowitschia iljini

İlyin xulu (lat. Knipowitschia iljini) — Knipoviç xulları cinsinin nümayəndəsidir.

İlyin xulu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
İlyin xulu
Beynəlxalq elmi adı

Morfoloji əlamətləri[redaktə | mənbəni redaktə et]

D VI (18-9), A I (8-9),yan xətt pulcuqlarının sayı 33-35-dir. Bədəni çox uzunsov və əvvəlki növə nisbətən bir qədər ensizdir.Gözüstü kanallarının qovuşduğu yerdən geriyə uzanan hiss kanalı yoxdur. Quyruq üzgəci dairələşmiş və simmetrik şəkildədir. Bədəninin üzərində eninə yerləşən tünd zolaqlar vardır. Cinsi dimorfizm inkişaf etmişdir. Erkəklərin bel üzgəcində uzununa tünd zolaqlar olur, dişilərin bel tərəfində kiçik xallar yerləşir. Uzunluğu 47 mm-ə qədər olur.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Xəzər dənizinin endemikidir, orta hissəsində yayılmışdır. Azərbaycan sularında ən çox Yalama-Xudat yaxınlığında təsadüf edilir. Muxtadır, Xaçmaz, Giləzi və Astara rayonlarında çoxsaylıdır. Qalan rayonlarda seyrəkdir.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Dəniz balığıdır.

Çoxalması[redaktə | mənbəni redaktə et]

Kürüsünü may-iyun aylarında tökür.Sayı 300-400 arası olur.

Təsərrüfat əhəmiyyəti[redaktə | mənbəni redaktə et]

Vətəgə əhəmiyyəti yoxdur, həvəskar balıqçılar tərəfindən ovlanır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, 145.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-13.