Koçi bəy (ö. təq. 1650) — Sultan IV Murad və qardaşı Sultan I İbrahimə təqdim etdiyi risalələri ilə tanınan XVII əsr Osmanlı müəllif, filosof və dövlət adamı.
Əsl adının Mustafa olduğu və "Koçi"nin isə ləqəbi olduğu bildirilir.[1] Digər qaynaqlarda ləqəbi "Koca" və "Kuçi" olaraq da keçməkdədir. Doğum tarixi, həyatı və vəfat tarixi haqqında dəqiq bilgilər əlimizdə yoxdur. Qardaşının Rusiyada, Koçi bəyin Osmanlıda olduğu kimi yüksək müşavirlik etdiyi bildirilir.
Gəncliyində Rumelidə Albaniyanın Göricə (Korçë) qəsəbəsindən devşirilərək Əndərun məktəbinə qəbul edilmişdir və burada təhsil görmüşdür. Sultan I Əhməddən (1603-1617) IV Murada qədər Əndərunda müxtəlif odalarda vəzifədə olmuşdur. IV Murad (1623-1640) dövründə xas odaya alındı. Padişahın etimadını qazanaraq musahibi və sirdaşı oldu. Bu sifətlə Bağdad səfərində iştirak etdi.[1]
İlk risaləsi, dövlət idarəsində gördüyü yolsuzluqlar haqqında 1631-ci ildə padişaha ərz etdiyi bir məruzədir. Bu risalədə Osmanlı dövlətinin geriləmə səbəblərini I Süleyman dönəminə qədər götürməkdə, fəqət o dövrdə dövlətin güclü olması üzündən bu zəifliklərin yaxşı anlaşılamadığını, ancaq III Murad dönəmində bunların yaxşıca ortaya çıxıb anlaşıldığını irəli sürməkdədir. Bu görüşlər bəzən rəqəmlərlə, bəzən hadisələrlə, bəzən da sərt bir üslubda açıqlamalar ilə izah edilmiş və islahat üçün görüşlər irəli sürülmüşdür. Koçi bəy bu zəifliklərin başda "timar" sisteminin yozlaşmasına bağlı olduğunu savını ortaya atmış və daha intizamlı bir ordu və daha sıx bir dövlət idarəsi uyğulanmasını çarə olaraq irəli sürmüşdür.[2]
Koçi bəy risaləsi IV Murad üzərində böyük təsir buraxmışdı. O zamana qədər IV Murad anasının tövsiyələrinə görə siyasət uyğulamaqda ikən bu tarixdən sonra dövlət idarəsini tamamiylə öz əlinə almış və Koçi bəyin tövsiyələrinə uyaraq islahat etməyə girişmişdir. İçki və siqareti yasaqlamış, qapıqulu əsgərlərinin başçılarını edam etdirmiş, dövlət təşkilatında vəzifəsini sui-istimal edənləri və ehmalları görülənləri cəzalandırmış, rüşvət və digər bəd niyyətləri azaltmağa çalışmışdır.[1]
Koçi bəy Sultan Muradin yerinə keçən qardaşı Sultan İbrahimin (1616-1648) də müsahib və sirdaşı olmuşdur. Ona da 1640-cı illərdə ikinci risaləsini təqdim etmişdir. Bu risalədə verilən adlardan bu risalənin İbrahimin cülusundan sonra ilk illərdə hazırlandığı qəbul edilməkdədir. Bu risalənin əhatə və üslubundan risalənin Sultan İbrahimin dövlət idarəsini ayrıntılarını öyrənmək üçün Koçi bəyə etdiyi istəkdən ortaya çıxdığı iddia edilir. Koçi bəy bu risaləsində sadə bir dil işlədib dövlət idarəsində bəzi işlənən kəlmə, termin və qavramları ayrıntıları ilə izah etmişdir. Beləcə sultana dövlət təşkilatını öyrətmə hədəfini almışdır. Bu risalədə dövlət ərkanına sultanın necə müamilə və xitab edəcəyi, fərmanlar ilə xətt-i hümayunları necə yazacağı haqqında geniş bilgilər də vardır. Bunların təsirləri Sultan İbrahimin risaləni aldıqdan sonra hazırlatdığı xətt-i hümayunlarda açıqca görülə bilinir.[1]
Koçi bəy uzun illər saray içində vəzifələrdən sonra saray xaricində vəzifələrə də təyin edilmişdir. Sultan İbrahimin son günlərində və ya həmən sonra əməkliyə ayrılaraq Göricəyə getmişdir. Orada nə zaman vəfat etdiyi bilinməməklə bərabər, məzarı Flament qəsəbəsindədir.[1]
Sicill-i Osmani onu
Siyasi işlərə vaqif, kamil və ağıllı bir zat idi
olaraq dəyərləndirir.[3]