Koşexabl

Koşexabl (adıq Кощхьабл[1]) — Adıge Respublikasında aul. Koşexabl rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi kimi "Koşexabl kənd qəsəbəsi" inzibati ərazisini təşkil edir.

Koşexabl
adıq Кощхьабл / Кощхьаблэ
44°54′ şm. e. 40°30′ ş. u.HGYO
Ölkə  Rusiya
Region Adlge Respublikası
Tarixi və coğrafiyası
Əsası qoyulub 1868
Sahəsi 74,60 km²
Mərkəzin hündürlüyü 150 m
Xəritəni göstər/gizlə
Koşexabl xəritədə
Koşexabl
Koşexabl

Laba çayının (Kubanın qolu) sol sahilində, düzənlik ərazidə yerləşir. Aulun yerləşdiyi ərazinin dəniz səviyyəsindən hündürlüyü 148 metrdir. Kurqaninsk şəhəri ilə üzbəüz, Maykopdan 60 km şimal-şərqdə yerləşir. Şimali Qafqaz dəmir yolunun Armavir-Tuapse xəttində yerləşən Koşexabl dəmir yolu stansiyası aulun ərazisindədir. Yaşayış məntəqəsinin sahəsi 76,35 km² olmaqla iki hissəyə bölünür: şimal-şərq — düzənlik və cənub-qərb — dağətəyi.

Faydalı qazıntıları

[redaktə | mənbəni redaktə et]

Ərazi qum, gil, qum daşı və s. ilə zəngindir. Bölgədə təbii qaz ehtiyatları aşkar edilmişdir.

Aulun əsası 1868-ci qoyulmuşdur. Əvvəllər ilk məskunlaşmış əhali indiki Kurqaninsk rayonunun Mixaylovskaya kəndi ilə Laba çayının sağ sahilindəki meşə arasında yaşayırdılar. Çay tez-tez məcrasını dəyişdiyindən kəndi tez-tez su basırdı. Buna görə 1868-ci ildə Labinsk rayonu sol sahildə sakinlər üçün yer ayırdı. Lakin Laba çayı əhaliyə yenədə problemlər yaşadırdı. Daimi bir yerdən digər yerə göçdükləri üçün aul köçəri adlandırıldı: Koş (adıq Кощ) — köçəri; xabl (adıq хьабл) — aul. Əvvəllər aul Anzauriy adlandırıldı.[2]

Qaraçay-Çərkəzdə 1925-ci ilə qədər Zeyuko ərazisində Koş-Xabl kəndi də var. Zelençuk çərkəzlərinin nitqində bu aul belə adlanır — Куэшхьэблэ[3].

2020-ci ilin əhalinin siyahıya alınmasına görə aulda 7157 nəfər yaşayır. 2010-cu ilin siyahıya alınmasına görə 7152 nəfər öz milli mənsubiyyətini bildirmişdir:[4] Əhalinin 85 % adıqlardı. 10 % əhali isə ruslardan təşkil olunub.

Koşexabl aulunda Adıgey dövlət universitetinin filalı yerləşir.[5] 2013-cü ildə abituriyentlərin sayının az olması səbəbindən filiala tələbə qəbulu dayandırılmışdır.[6]

  1. Берсиров Б. М. "Русско-адыгейский словарь". Министерство образования и науки Республики Адыгея. 2017-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-07-05.
  2. Şablon:Кавказ в именах, названиях, легендах
  3. Şablon:Adıge toponimiyası
  4. "Том 4. Таблица 4. Население по национальности и владению русским языком по городским округам, муниципальным районам, городским и сельским поселениям Республики Адыгея" (PDF). 2013-11-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-06.
  5. "Лицензия". Рособрнадзор. İstifadə tarixi: 2015-10-08.[ölü keçid]
  6. "О прекращении набора в филиале АГУ в а.Кошехабль с 2013 года". Адыгейский государственный университет. 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-08.