Kobb salatı — dilimlənmiş göyərti, pomidor, qovrulmuş ət, qaynadılmış toyuq əti, Amerika perseyası, qaynadılmış yumurta, soğan, pendirdən hazırlanan ABŞ mətbəxinin salatı. Yeməyə bəzən qara zeytun əlavə edilir[1].
Kobb salatı | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Mənşəyi | |
Tarixi | 1930-dən bəri |
Müəllif | ABŞ |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | Salatlar |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə |
|
Salatın necə yaranmasını izah edən müxtəlif hekayələr mövcuddur[2]. Deyilənə görə, 1930-cu illərdə Hollivudda Qəhvəyi Derbi restoranında bu yeməyin yeyildiyi deyilir. Çünki həmin gün bu restoranda imza günü idi. Bu yeməyə görə restoran sahibi Robert Houard Kobb mükafata layiq görülmüşdür.[1] Hekayələr əsasında məlum olub ki, salat Kobb və ya onun şefi Paul C. Posti tərəfindən yaranıb. Əfsanəyə görə, Kobb gecə yarısına qədər yatmayıb və mətbəxdə bəzi inqredintlər ilə qarışdırdıb. Sonda Fransız sousu ilə qarışdırılıb[3].
Başqa əfsanələrə görə, Robert Kreis başqa restoranda icraçı şefi işləmişdir. 1929-cu ildə "Hollivudda qəhvəyi Derbi" restoranı üçün salatı yaratdı və onu Robert Kobb şərəfinə adlandırdı[4]. Mənbə, yuxarıda qeyd olunan versiyaya aiddir. Çünki eyni tarixi olduğunu bunu təsdiq edir.
Kobb salatı 1930-cu illərdə hazırlanıb[5].
Üçüncü mənbədə isə belə qeyd olunur ki, Kobb salatı Şimali Kaliforniyanın Kalistoqa bölgəsində yaranıb[6]. 1920-ci ildə yerli əhalidən olan qadın Kalistoqada, bu yeməyin Kobb dağının şərəfinə adlandığını söylədi. Sonradan bu fikri yerli əhali təsdiqlədi[7].