Kobe Dəb Muzeyi

Kobe Dəb Muzeyi (神戸ファッション美術館, Kobe Faşşon Bicutsukan?)Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində yerləşən dəb muzeyi. Yaponiyanın ilk dəb muzeyidir.

Kobe Dəb Muzeyi
Loqonun şəkli
Xəritə
Əsası qoyulub 1997
Açılış tarixi 1997
Ölkə
Yerləşir Koyoço Naka[d]
34°41′17″ şm. e. 135°16′14″ ş. u.HGYO
fashionmuseum.jp/english/
fashionmuseum.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kobe şəhəri Yaponiyada "Dəb şəhəri" kimi tanınır. 1973-cü ildə şəhərdə dəb deklarasiyası qəbul edilmişdir.[1] Kobe Dəb Muzeyi Yaponiyada dəbə həsr olunmuş ilk muzeydir.[2] Muzey 1997-ci ildə açılmışdır. İnteryeri Şiqeru Uçida tərəfindən dizayn olunmuşdur.[3] Modelyer Hiroko Koşino 1 aprel 2018-ci ildə muzeyin fəxri direktoru təyin olunmuşdur.[4]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Muzey kitabxanası.

Muzey Kobe şəhərindəki Rokko adasında, "Kobe Fashion Plaza"da yerləşir. Birinci mərtəbəsində yerləşən sərgi zalında xüsusi sərgilər və kolleksiya sərgiləri yerləşir. Dördüncü mərtəbədə seminarlar və vorkşoplar keçirilir.[2] "Orbis" zalı muzeyin uçan boşqab formasında olan konsert zalıdır. 424 nəfərlik tutumu olan bu məkanda dəb şouları, konsertlər və nümayişlər keçirilir.[5] Muzeyin kolleksiyasına XVIII–XX əsrlərə aid 9000 Avropa və Amerika kostyumu, 70-dən çox ölkəyə aid etnik geyimlər, 2000 aksesuar, 1500 dəb lövhəciyi daxildir.[1]

Üçüncü mərtəbədə muzeyin kitabxanası yerləşir.[2] Kitabxanada dəb haqqında 45.000 kitab və XX əsrə aid 1100 dəb jurnalı əlçatandır. Burada "Vogue", "Harper's Bazaar", "Life" kimi xarici dəb jurnallarını oxumaq mümkündür. Kitabxananaya dəb jurnalisti Cunko Oçinin kolleksiyası daxildir. Muzeyin kolleksiyasında 1980-ci illərdən sonra Paris, London, Milan və Tokioda keçirilmiş dəb şoularını əks etdirən 3000 DVD və 1950-ci illərdən sonrakı musiqiləri ehtiva edən 3800 CD saxlanılır. Muzeydə Fransaİtaliyadan olan 30.000 parça nümunəsi sərgilənir.[6]

  1. 1 2 "【神戸】ファッションをテーマにした日本初の公立美術館! "衣・食・住・遊"の視点で服飾の歴史と文化を学べる". JOCR (yaponca). 12 may 2023. 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  2. 1 2 3 "神戸ファッション美術館とは". Muzeyin rəsmi saytı (yaponca). 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  3. "神戸ファッション美術館". Artscape (yaponca). 11 mart 2024. 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  4. "名誉館長にコシノヒロコ氏就任". Muzeyin rəsmi saytı (yaponca). 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  5. "貸館のご案内". Muzeyin rəsmi saytı (yaponca). 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.
  6. "ライブラリー". Muzeyin rəsmi saytı (yaponca). 26 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]