Kobe Lempvork Şüşə Muzeyi

Kobe Lempvork Şüşə Muzeyi (KOBEとんぼ玉ミュージアム, Kobe Tonbadama Myuciamu?)Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində yerləşən muzey. Dünyada şüşəçilik sənətinin lempvork üslubuna həsr olunmuş yeganə muzeydir.[1]

Kobe Lempvork Şüşə Muzeyi
Xəritə
Açılış tarixi 13 iyul 2005
Mövzu şüşə muncuq[d], lempvork[d]
Ölkə
Yerləşir Kyomaçi[d]
34°41′19″ şm. e. 135°11′37″ ş. u.HGYO
lampwork-museum.com
lampwork-museum.com/wp/e…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muzey 2005-ci ilin iyulunda Miyamoto Kyonobu tərəfindən Böyük Hanşin zəlzələsinin 10 illiyini yad etmək məqsədilə özəl muzey kimi açılmışdır. Həmin ilin dekabrında muzeydə Beynəlxalq Lempvork Sərgisi baş tutmuşdur.[1] 2015-ci ildə muzeyin 10 illiyi münasibətilə yenidənqurma işləri aparılmış, sərgilər xronoloji ardıcıllıq üzrə yox, mövzu üzrə sıralanmışdır.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Muzeydə qədim dövrdən müasir dövrə qədərki vaxta aid 2000-dən çox lempvork iş sərgilənir.[1] Bu işlər arasında yapon dilində tonbadama kimi tanınan lempvork muncuqlar, murrini, marbllar, şüşə heykəlciklər, stəkanlar var. Muzeyin kolleksiyasına Yaponiyanın aparıcı şüşə kolleksiyaçılarından biri olan Habara Akinorinin kolleksiyası da daxildir. Muzeydə Matsuşima İvaoYano Tayaki kimi sənətçilərin işləri ilə yanaşı müxtəlif ölkələrdən göndərilmiş lempvork işlər sərgilənir.[2]

Muzeyin emalatxana bölməsində ziyarətçilər lempvork üsulu ilə öz muncuqlarını yarada bilərlər. Muzeyin dükkanında isə lempvork üslubunda olan hədiyyyələr satılır.[1]

  1. 1 2 3 4 "About Us". Muzeyin rəsmi saytı (ingiliscə). İstifadə tarixi: 8 avqust 2023.
  2. 1 2 "Permanent Exhibition". Muzeyin rəsmi saytı (ingiliscə). İstifadə tarixi: 8 avqust 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]