Kojevnikov buxtası — Laptevlər dənizində, Xatanqa çayının mənsəbində formalaşan buxta. Xatanqa körfəzində Xara-Tumus və Nordvik yarımadaları arasında yerləşir. Qərbdən açıq dənizə çıxışı vardır. Materik daxilinə 48 km məsafədə uzanır. Eni çıxacaqda 20 km, dərinliyi isə 7 metrdir.
Kojevnikov buxtası | |
---|---|
rus. Бухта Кожевникова | |
Ümumi məlumatlar | |
Tip | Buxta (körfəz) |
Dərin yeri | 7 m |
Yerləşməsi | |
73°34′25″ şm. e. 109°51′08″ ş. u.HGYO | |
Ölkələr | |
Akvatoriyası | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Buxta rus ordusunun zabiti, 1905-ci ildə bu buxtanı tətqiq edən Mixail Yakovleviç Kojevnikovun şərəfinə adlandırılmışdır[1].
Buxatnın sahillərində tundra bitkiləri yayılmışdır. İlin böyük qismi buzla örtülü olur. Buxataya İlya, Carqalax, Semieriskaya, Takyan Yurax şayları tökülür. Cənub sahilində İlya buxtası yerləşir. Sahilləri əsasən hamardır[2].
1930-cu illəedə Şimal dəniz yolunun davamlığını təmin etmək məqsədi ilə burada buzqıranlar fəaliyyət göstərirdi. Sahillinddə Kojevnikovo [3], Kosistıy[4] qəsəbələri salınmışdır. bura hətta ensiz dəmir yolu çəkilir. İndidə sahildə tərk edilmiş paravozları görmək olar[5]. İnzibati cəhətdən buxtanın böyük hissəsi Rusiya Federasiyası Krasnoyarsk diyarı, az qismi isə Saxa Respublikası ərazisinə daxildir.