Koka-Kola (ing. Coca-Cola) — The Coca-Cola Company tərəfindən istehsal olunan kofeinli qazlı sərinləşdirici içki.
Coca-Cola | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 8 may 1886[1][2] |
Baş qərargahın yeri | ABŞ |
Struktur | |
Ana şirkət | The Coca-Cola Company |
Coca-Cola web saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Koka-Kola 1800-cü illərin sonlarında Corciya ştatının Atlanta şəhərində Con Stit Pemberton adlı əczaçı tərəfindən dərman preparatı olaraq yaradılmışdır. Əvvəlcə bu içki morfin asılılığı, həzmsizlik və baş ağrıları kimi bir çox xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuşdu. 1888-ci ildə Pemberton Koka-Kola içkisinin reseptini iş adamı Eyza Qriqqs Kendlerə satır. Kendlerin marketinq strategiyaları sayəsində Koka-Kola XX və XXI əsrlərdə dünyada ən çox satılan sərinləşdirici içki olmağa müvəffəq olur.[3] Koka-Kola adı içkinin orijinal reseptində istifadə edilən iki əsas inqrediyentdən gəlir: "koka" yarpaqları və "kola" qozları, hansılar ki, onlardan kofein əldə olunur.[4]
Hazırda Koka-Kolanın dəqiq resepti yalnız seçilmiş bir neçə adama məlumdur və bu kommersiya sirri kimi məxfi saxlanılır. Digər şirkətlər Koka-Kolanın reseptini yenidən yaratmağa cəhd etmiş və bəziləri içkinin oxşar variantlarını bazara çıxarmışdırlar.
So Pemberton concocted a recipe using coca leaves, kola nuts and sugar syrup. "His new product debuted in 1886: 'Coca-Cola: The temperance drink,'" writes Hamblin.