Kolıma çayı

Kolıma (saxa Халыма) — SaxaMaqadan vilayəti (Rusiya) ərazisindən axan çay. Çayın uzunluğu 2129 km təşkil edir. Bu məsafənin 1400 km Maqadan vilayətinin yerdə qalanı isə Yakutiya ərazisindən keçir. Çay hövzəsinin ümumi sahəsi 643.000 km² təşkil edir.

Kolıma çayı
saxa Халыма
Ölkələr
Mənsəbi Şərqi Sibir dənizi
Uzunluğu 2129 km
Su sərfi 3.800 m³/s
Hövzəsinin sahəsi 643.000 km²
Kolıma çayı (Yakutiya)
mənbəyi
mənsəbi
Kolıma çayı Yakutiyanın fiziki xəritəsində:

62°17′31″ şm. e. 147°43′57″ ş. u.HGYO

69°33′05″ şm. e. 161°21′51″ ş. u.HGYO
DSR[rus.] 19010100112019000000019
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kolımanın hövzəsi

Kolıma Ayan-Yoryax və Kulu çaylarının birləşməsindən əmələ gəlir. Başlanğıcını Oxotsk-Kolımsk ön dağlığından götürür.

Çay sonda Şərqi Sibir dənizinə daxil olam Kolıma körfəzinə tökülür. Deltada çay üç iri qollara bölünür: Kamennaya Kolıma, Poxodskaya KolımaÇukoçya. Deltasının eni 110 km, sahəsi isə 3,000 km² təşkil edir.

Kolıma çayı, payız, səhər çağı
thumb

Çayın qidalanması qarışıqdır. Qar (47 %), yağış (42 %) və yeraltı sular (11 %) vastəsi ilə qidalanır. Daşqınlar əsasən mayın ortalarından sentyabr ayına qədər müşahidə edilir. Çayın axın sürəti ilin fəsillırindən asılı olaraq dəyişir. Orta axın 2250 m³/s, maksimal 25 100 m³/s (iyun), minimal 23,5 m³/s (aprel) müşahidə edilir. Suyun temperaturu qışda — 10—15 °S, yayda isə (iyulun sonu avqustun əvvəli) 20—22 °s olur. Çay oktyabrın ortaları donur. Yazda deltasında toroslar əmələ gəlir.

Ən böyük qolları: Taskan, Seymçan, Popovka, Yasaçnaya, Zıryanka, Ojoqina, Sededema, Sredikan, Baxapça, Buyonda, Balıqıçan, Kamenka, Suqoy, Korkodon, Berezovka, Omolon və Anyoy.

Çayın hövzəsi boyunca yayılmış Evenlər Kolımanı Kulu adlandırırlar. Kulu hazırda təkcə Kolımanın sağ qoluna aid edilir. Evenqlər isə onu kul adlandırırlar. Bu isə çay sahilinin enişi mənasında işlədilir. 1643-ci ildə Mixail Vasileviç Staduxin çayı Kovıma çayı onradan isə Kolıma adlandırır. Hələ də Kul və Kolıma adları arasında heç bir əlaqə tapılmamışdır.

Kolımanın açılışı İndiqirka və Alazey çaylarının ardından aşkarlanmışdır. Çay kazaklar tərəfindən 1638-1939 ci illərdə aşkarlanmışdır. Bəzi fərziyəyə görə isə onu Staduxin 1644-ci ildə kəşf etmişdir[1]. Semen İvanoviç tarcirlər və kazaklarla birlikdə Anadır çayının mənsəbinə çatmaq məqsədi ilə Kolımanı keçməli olmuşdur. Dmiyriy Laptev özünü ekspedisiyası zamanı çayın deltasında olmuşdur. SSRİ-də olan Qulaqların böyük əksəriyyəti sibirdə yerləşmişdir. Onlardan biridə Bereqlaq[2] Kolımanın sahilində yerləşirdi.

Təsərrüffat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Gəmiçilik əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Kolıma ilə Baxapça çayının mənsəbinə qədər gəmi ilə sərbəst irliləmmək olur. İlin cəmi 4-5 ay ərzində gəmiçiliyə yararlıdır. Əsas limanları: Seymçan, Zıryanka, və deltasında Çerski.

Çay üzərində Kolımskaya SES fəaliyyət göstərir. Əldə edilən enerji Maqadan vilayətiMaqadan şəhərinin ehtiyacını təmin edir. Hazırda isə çay üzərində Ust-Srednekanskaya SES tikintisi həyata keçirilir.

Kolımanın hövzəsi boyunca qızıl ehtiyatları vardır.

Çay balıq məhsulları ilə məşhurdur. Üstəlik vaxtı ilə sahillərində yayılmış canlıların xəz dərilərindən istifadə edilirdi[3]

  • William Barr (Arctic historian) Baron Eduard von Toll’s Last Expedition: The Russian Polar Expedition, 1900-1903 (1980). [1]
  • Shalamov, Varlam Tikhonovich (1994) Kolyma tales [Kolymskie rasskazy], Glad, John (transl.), Penguin twentieth-century classics, Harmondsworth : Penguin, ISBN 0-14-018695-6

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Lantzeff, George V., and Richard A. Pierce. Eastward to Empire: Exploration and Conquest on the Russian Open Frontier, to 1750. Montreal: McGill-Queen's U.P. 1973.
  2. "Qulaq düşərgələri". 2022-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-05.
  3. Black, Richard. "Ancient plants back to life after 30,000 frozen years". BBC News. February 20, 2012. April 7, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2015.