Kolıma körfəzi — Şərqi Sibir dənizinin cənub-qərb sahillərində yerləşən körfəz. İndigirka çayı mənsəbindən şərqdə yerləşir. Materik daxilinə 21 km məsafədə daxil olur. Eni ən enli yerdə 9 km-dir. Sahillərində tundra bitkiləri yayılmışdır. Əsasən hamardır. Körfəzə İndigirka çayının bir qolu olan Kolıma çayı tökülür. Körfəzdə öz adını buradan almışdır. Körfəzdə Teryuttyax və Emkerındinski adaları yerləşir[1]. Çıxacaqda isə Kolesovski və Kolesovskaya Otmel adaları vardır[2]
Kolıma körfəzi | |
---|---|
rus. Колымский залив | |
Ümumi məlumatlar | |
Tip | Körfəz |
Yerləşməsi | |
70°57′01″ şm. e. 151°54′42″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
|
|
|
Körfəzin yerləşdiyi ərazinin bir qismi bataqlaşmışdır. Sahilinə yaxın yerləşən iri göllər — Loqin və Karqotovo. Körfəz ilin böyük hissəsi buzla örtülü olur.
İnzibati cəhətdən Rusiya Federasiyası Saxa Respublikası ərazisinə daxildir.