Kola dərin quyusu

Kola dərin quyusu (rus. Кольская сверхглубокая скважина) — dünyada ən dərin quyu olub elmi əhəmiyyət kəsb edir. SSRİ-də son dərəcə dərin quyular sisteminin bir hissəsi olmuşdur. Nikel qəsəbəsindən 15 km şərqdə və Zapolyarnıy şəhərindən 12 km qərbdə yerləşir.

Kola dərin quyusu
Yerləşdiyi yer
Ölkə
Koordinatlar 69°23′47″ şm. e. 30°36′35″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Kola dərin quyusunun loqosu

1997-ci ildə o, Ginnesin Rekordlar Kitabına yer qabığına ən dərin insan nüfuzetməsi kimi daxil edilmişdir və bu günə qədər də bu rekord qalmaqdadır. O, həmçinin Maersk Oil BD-04A neft quyusunun (12 290 m, Qətər) qazıldığı 2008-ci ilə qədər dünyanın ən uzun quyusu olmuşdur.[1][2][3][4][5] Hazırda isə, ən uzun quyu Saxalin şelfində neft hasilatı üçün qazılan Z-44 Çayvodur (Rusiya) - 15 km (rekord 2017-ci ildə müəyyən edilib)[6][7].

1970-ci ildən 1991-ci ilə qədər fasilələrlə aparılan qazma işləri nəticəsində Kola quyusunun dərinliyi 12 262 metrə çatmışdır. Onun yuxarı hissəsinin diametri 92 sm, aşağı hissəsinin diametri 21,5 sm-dir. 1994-cü ildə bir sıra qəzalardan sonra quyu bağlanmışdır. 2020-ci ilin yazında Murmansk hakimiyyəti Kola dərin quyusunu turistik məkana çevirmək planlarını açıqlamışdır.[8]

  1. "«Кольская сверхглубокая» — самая глубокая скважина в мире". 2018-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  2. Пичугина, Татьяна Борисовна. "Во глубине горячих руд..." www.vokrugsveta.ru. 2004-10-01. 2011-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-27.
  3. "Дыра в преисподнюю". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  4. "10 самых длинных скважин в мире". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  5. "Рекорд, который не превзойти". 2018-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-19.
  6. "Новый рекорд Роснефти. На Сахалине по технологии Fast Drill пробурена самая протяжённая в мире скважина - Новости ТЭК на Neftegaz.RU". neftegaz.ru (rus). 2017-11-16. 2021-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-26.
  7. "В России пробурены самые глубокие нефтяные скважины в мире". ТЭКНОБЛОГ (rus). 2017-03-22. 2020-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
  8. "Власти Мурманской области планируют сделать Кольскую сверхглубокую скважину туробъектом". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.